• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Yazar Ismayilli
//
22 iyun 2017
//
//
Oxunub 404
//
Çox hörmətli Mirdaməd müəllim, Sizə - sadə, qayğıkeş, təvazökar, humanist bir insana öz dərin hörmət və ehtiramımızı bildiririk.
Respublikamızın prezidenti cənab İlham Əliyevin xüsusi qayğısı sayəsində rayonumuzun sosial-iqtisadi inkişafı üçün ayırdığı vəsait hesabına şəhərimizdə, o cümlədən yaşadığımız, “Kəpənək” adlanan yaşayış massivində tikinti-təmir, digər abadlıq işləri uğurla davam etdirilir. Möhtərəm Prezidentimizə səmimi qəlbdən təşəkkürümüzü və minnətdarlığımızı bildirərək, ona can sağlığı, uzun ömür arzulayırıq.
Mirdaməd müəllim, bildiyiniz kimi, şəhərimizdəki ictimai yaşayış binalarının dam örtükləri yenilənmiş, binalar lazımi qaydada təmir edilmiş, məhəllələrdəki küçələrə asfalt vurulmuşdur. Məhəllədəki “Mərasim evi”nin biri təmir edilmiş, digərində isə mətbəx inşa edilməklə təmir işləri aparılır.
Şəhərimizdə su-kanalizasiya sistemi yenidən qurulmuşdur. Yuxarıda sadalanan tikinti-təmir işləri şəhərimizin simasını kökündən dəyişmişdir.
Siz yaxşı bilirsiniz ki, rayonumuzun coğrafi mövqeyi, zəngin təbiəti, iqlimi və gözəl guşələri turizmin inkişafı üçün çox əlverişlidir. Biz tamamilə inanır və əminik ki, zəhmət və qayğınız nəticəsində rayonumuz bundan sonra daha da gözəlləşəcək, respublikamızın ən yaxşı turizm rayonlarından birinə çevriləcəkdir. Görülmüş və bundan sonra da görüləcək tikinti-təmir, abadlıq işləri şəhər sakinlərini ürəkdən sevindirir, hər birimizə yaşamaq üçün stimul verir.
Hörmətli Mirdaməd müəllim, görülmüş işlərə görə şəxsən Sizə və rəhbərlik etdiyiniz kollektivə minnətdarlıq edir, yeni uğurlar qazanmaq üçün can sağlığı arzulayırıq.
Hörmətlə:
Nizami, Natəvan, Ə.Mahmudov və Qələbə küçələrinin sakinləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!