Biçinə hazırlıqla bağlı müşavirə » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Biçinə hazırlıqla bağlı müşavirə

Biçinə hazırlıqla bağlı müşavirə 9 iyun 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayonda kənd təsərrüfatı işlərinin gedişi, taxıl biçininə hazırlıq, taxıl və ot biçini zamanı baş verə biləcək yanğın hallarının qarşısının alınması, eləcə də biçinin itkisiz və optimal müddətdə başa çatdırılması üçün texnika təminatı və s. məsələlərə aid müşavirə keçirilib.
Müşavirədə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Dövlət Yanğın Nəzarəti Şöbəsinin rəisi Nurlan Şahmurov, FHN-nin DYMX-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi İlkin Cəfərov və taxıl istehsalçıları iştirak ediblər.
Müşavirəni giriş sözü ilə R.Ağayev açıb. Onun biçinə hazırlıqla bağlı fikirlərindən sonra Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov kənd təsərrüfatı işlərinin gedişi, taxıl biçininə hazırlığın vəziyyəti barədə məlumat verib.
FHN-nin Şimal-qərb Dövlət Yanğın Nəzarəti Şöbəsinin rəisi Nurlan Şahmurov, eləcə də FHN-nin DYMX-nin İsmayıllı rayon DYM Hissəsinin rəisi İlkin Cəfərov taxıl biçini kompaniyası zamanı yanğın hallarının baş verməməsi üçün nələrə diqqət yetirilməsi barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda taxıl istehsalçıları onları narahat edən məsələlər barədə aidiyyəti qurumların nümayəndələrinə suallar verib və çıxışlarda səslənən fikirlərə münasibət bildiriblər.
Əsmər Abbasova,
İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin əməkdaşı

reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter