• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Hüquq sahəsində maarifləndirmə tədbiri

Hüquq sahəsində maarifləndirmə tədbiri

Yazar Ismayilli
//
22 iyun 2017
//
//
Oxunub 190
//
Hüquq sahəsində maarifləndirmə tədbiri      Ölkədə reallaşdırılan “Uşaq hüquqları aylığı” çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Rayon Polis Şöbəsi ilə birlikdə keçirdiyi silsilə tədbirlər davam edir. İyunun 5-də aylıq çərçivəsində növbəti maarifləndirmə tədbiri Qaraqaya kənd ümumi orta məktəbində keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Asif Soltanov açıb. Tədbirdə İsmayıllı rayonu İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Mərkəzin sosial işlər üzrə mütəxəssisi Nazlı Yəhyayeva, İsmayıllı RPŞ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Rahim Orucov çıxış edərək mövzu barədə məlumatları məktəblilərin diqqətinə çatdırıblar. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
G.Mikayılova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!