• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ayrılıq nəğməsi oxundu

Ayrılıq nəğməsi oxundu

Yazar Ismayilli
//
22 iyun 2017
//
//
Oxunub 209
//
Ayrılıq nəğməsi oxundu     Dayanın! Çalmayın, sonuncu zəngi,
Yoxsa o, qəlbimə toxunacaqdır.
Bir zaman “gəl” deyən o doğma səslər,
Ayrılıq nəğməsi oxuyacaqdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ümumi təhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatıb. Məktəblərdə “Son zəng” tədbirləri keçirilib.
İyun ayının 14-də İsmayıllı rayon Mücühəftəran kənd tam orta məktəbində də 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb. Tədbirdə məktəbin müəllimləri, şagird və valideynlər iştirak edib.
Məktəbin direktoru Zahir Məlikov çıxış edərək məzunları müstəqil həyata qədəm qoymaqları münasibəti ilə ürəkdən təbrik edib, onlara müstəqil həyatlarında davamlı uğurlar arzulayıb.
Digər çıxış edən müəllimlər də onbirinciləri təbrik edib, onlara Vətəni, xalqı qarşısında nüfuz qazanmış, əsil vətəndaş olmalarını arzu ediblər. Məktəb məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, səhnəciklər göstərilib və sonda xatirə şəkilləri çəkilib.
Elnarə Qasımova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!