“Risklərin idarə olunması və sığortanın əsasları” mövzusunda seminar » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

“Risklərin idarə olunması və sığortanın əsasları” mövzusunda seminar

“Risklərin idarə olunması və sığortanın əsasları” mövzusunda seminar       6 iyun 2017-ci il tarixdə İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı Qrupunun təşəbbüsü ilə “Risklərin İdarə olunması və Sığortanın əsasları” adlı seminar keçirilib. Seminarda rayonun kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən 30 fermer, eləcə də Dünya Bankı Qrupunun Avropa və Mərkəzi Asiyada KT Maliyyəsi Layihəsinin baş tətqiqatçısı, kənd təsərrüfatı iqtisadçısı Mirsahab Mirzəyev, kənd təsərrüfatı sığortası üzrə bank mütəxəssisi Ağaməhəmməd Alosmanov iştirak ediblər.
Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənovun giriş sözü ilə çıxışından sonra seminar öz işinə başlayıb.
Seminarın keçirilməsinin məqsədi fermerlərə və fermer assosiasiyalarına kənd təsərrüfatı sığortası sisteminin konsepsiyasını və əsas prinsiplərini təqdim etmək, eləcə də onların real təcrübələrini və əsas çağırışları müzakirə etmək olub. Seminarda eyni zamanda fermerlərə səmərəli və dayanaqlı KT sığortası sisteminin başlıca elementləri, əsas sığortalanan risklər və KT sığortasının işlək mexanizmləri haqqında məlumatlar verilb.
Elşən İsmayılov
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter