• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Tarixi həqiqətlər qələmə alınıb

Tarixi həqiqətlər qələmə alınıb

Yazar Ismayilli
//
21 iyun 2017
//
//
Oxunub 55
//
Tarixi həqiqətlər qələmə alınıb      İyun ayının 7-də rayonun Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşumuz- xilasımızdır!” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Gülər Abdullayeva açaraq iştirakçıları salamlayıb, bayram təbriki söyləyib və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Sonra İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Qafarova çıxış edib. O, gənclərə Qurtuluş gününün tarixi barədə geniş məlumat verib. Eyni zamanda inşa-yazı müsabiqəsinin qaydaları ilə iştirakçıları tanış edib.
Verilən bir saat ərzində məktəbli gənclər Milli Qurtuluş günü barədə tarixi həqiqətləri, fikir və duyğuları qələmə alıblar.
Müsabiqədə İsmayıllı şəhərin 1, 2, 4, 5 və 6 nömrəli tam orta, Cülyan və Talıstan kənd tam orta məktəblərinin şagirdləri yüksək fəallıq nümayiş etdiriblər.
Müsabiqənin nəticələri yoxlama komissiyası tərəfindən açıqlanacaqdır.
Xəyyam Məmmədov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!