• Ana səhifə |
Subscribe by RSS or RUS
» » “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri

“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri

Yazar Ismayilli
//
23 may 2017
//
//
Oxunub 315
//
Topçu

İsmayıllı Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar silsilə, ardıcıl və bütün yaşayış məntəqələrini əhatə edən tədbirlər keçirir. Bu baxımdan “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələlərinə daha geniş miqyas verilir.
İlk məşğələ 2 may 2017-ci il tarixdə Topçu kənd tam orta məktəbində keçirilib. Qalacıq, İstisu, Sumağallı, Qurbanəfəndi və Topçu inzibati ərazi dairələrinin nümayəndələri məşğələdə mütəşəkkil qaydada iştirak ediblər.
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri
Məşğələni giriş nitqi ilə RİH başçısının müavini, YAP rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova açaraq qeyd edib ki, “Heydər Əliyev idarəetmə məktəbi” rayonun siyasi və ideoloji həyatında əhəmiyyətli rol oynayır. Məktəbin məşğələləri ümummilli liderin doğum günü ərfəsində daha da intensivləşir.
Dövlət qulluğu veteranı Valeh Salehov, Qalacıqdan Bədir Bədirov, İstisudan Cavanşir Xəlilov, Sumağallıdan Rza Salahov, Qurbanəfəndidən Ramiz Səfərov, Topçudan İzzət Şirəliyev və tədbirin təşkilatçısı, RİH-nin şöbə müdiri, YAP rayon təşkilatı sədrinin müavini Rüstəm Səmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən təhlili formada danışıblar.
Sonda mədəniyyət işçilərinin və Topçu kənd tam orta məktəbinin hazırladığı bədii proqram nümayiş etdirilib.

Diyallı

Ümummilli liderin anadan olmasının 94 illiyinə həsr olunmuş “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Diyallıda keçirilib. Məşğələ üçün məkan seçilən kənd tam orta məktəbinin iclas zalına Qoşakənd, Təzəkənd, Qaraqaya və Ağbulaq kəndlərindən də nümayəndələr gəlmişdi. Məşğələni giriş nitqi ilə RİH başçısının müavini, YAP rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova açıb. Dövlət qulluğu veteranı Valeh Salehov məruzə edib.
Diyallı kənd sakini, “Azərpoçt”un İsmayıllı filialının işçisi Rəhman Nuğayev, Təzəkənd kənd orta məktəbinin tarix müəllimi Hacalı Səlimov, Ağbulaq ümumi orta məktəbinin müəllimi Əflatun Baxışov və Diyallı tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədovanın çıxışları dinlənilib.
Sonda Diyallı məktəbi şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, konsert dinlənilib.

Cülyan

3 may 2017-ci il tarixdə “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi üçün Cülyan kənd tam orta məktəbi məkan seçilmişdi. Talıstan və Xanagah inzibati ərazi dairələrinin nümayəndələri Cülyan kəndinin ictimai fəalları ilə birgə tədbirdə iştirak ediblər.
Məşğələni giriş nitqi ilə RİH başçısının müavini, YAP rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova açıb, RİH-nin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar həyata keçirdiyi məzmun və formaca zəngin olan tədbirlərdən danışıb. Qeyd edib ki, “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri vasitəsilə siyasi və ideoloji işin səmərəliliyi artırılır. Bu məşğələlər hər bir yaşayış məntəqəsini, hər bir təşkilatı əhatə edir.
Heydər Əliyevin həyat və fəaliyyəti barədə dövlət qulluğu veteranı Valeh Salehov məruzə edib.
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov, Talıstandan Aydın Əzizov, Cülyandan İxtiyar Şabanov və Xanagahdan Tükəzban Balalıyeva ulu öndərin fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr olunmuş çıxış ediblər.
Mədəniyyət işçilərinin və məktəbin hazırladığı bədii proqram nümayiş etdirilib.

Lahıc

İsmayıllı Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə forma və məzmunca zəngin tədbirlər həyata keçirir. “Heydər Əliyev idarəetmə məktəbi”nin yerlərdə keçirilən məşğələləri kütləviliyi, miqyas genişliyi ilə seçilir. Belə maraqlı tədbirlərdən biri Lahıc qəsəbəsində keçirilib.
Səhər saat 10-dur. Qəsəbənin mərkəzi meydanı portretlərlə, Dövlət bayaraqları ilə, etnoqrafik xalq sənətkarlığı nümunələri ilə bəzədilib. Başlanğıcını mərkəzi meydandan götürən Heydər Əliyev küçəsinin hər iki tərəfi Dövlət rəmzləri, Lahıcın tarixini əks etdirən eksponatlar, misgərlik, mis üzərində xəttatlıq və oyma, sərraclıq, zərgərlik, xalçaçılıq nümunələri ilə bəzədilib. Lahıc mətbəxinin bəzi nümunələri sənətkarlar tərəfindən qonaqlara, müxtəlif ölkələrdən gələn turistlərə təqdim olunur.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Xalq sənətkarlığı bayramı”nı giriş nitqi ilə açaraq diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dünyasına, xalqımızın taleyinə bəxş olunduğu günün 94-cü ildönümü ümumxalq bayramı səviyyəsində qeyd edilir. Qəlbən sevinirik, qürur duyuruq ki, ulu öndərin qurub yaratdığı, müstəqilliyinə əbədilik xarakteri verdiyi və onu özü qədər inandığı möhtərəm cənab İlham Əliyevə etibar etdiyi Azərbaycanın vətəndaşıyıq. Heydər Əliyev ideyaları ilə silahlanaraq, müəyyənləşdirdiyi çoxistiqamətli inkişaf yollarına sədaqət göstərərək yeniləşən, yüksəlişə doğru inamla gedən Respublikamızın sürətli inkişafına qovuşmuşuq.
Ümummilli liderimiz Heydər Əliyev vaxtilə mübarək səfərləri ilə İsmayıllını şərəfləndirib, rayonun inkişafı üçün nə mümüknüdürsə, onu edib, Lahıca yol çəkdirib, Girdiman çayı üzərindən körpülər saldırıb. Bugünkü İsmayıllı, xüsusilə çoxsaylı alim və dövlət xadimləri yetirmiş Lahıc ümummilli liderimizin ideyalarının və cənab Prezident İlham Əliyevin qayğısının təcəssümüdür. Bunlara görədir ki, 10 may bizim üçün ümumxalq bayramıdır. Ulu öndər Heydər Əliyevə daim sədaqətli olan İsmayıllı əhalisi onun doğum gününü bayram edir.
Sonra dövlət qulluğu veteranı Valeh Salehov ümummilli lider Heydər Əliyevin 22 iyul və 5 dekabr 1981-ci il tarixlərdə İsmayıllıya səfərlərindən danışıb.
Lahıc qəsəbə ağsaqqalı, həkim Sədrəddin İsgəndərov çıxış edib.
“Lahıc misgərlik sənəti”nin UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsində böyük intellektual və diplomatik əməyi olan Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban Əliyevaya bayram iştirakçıları adından minnətdarlıq müraciəti qəbul edilib.
Məktəblilər ümummilli liderə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Mədəniyyət və turizm mərkəzinin əməkdaşları ulu öndərə, dövlətimizə , Vətənimizə həsr olunmuş mahnılar səsləndiriblər.
Qonaqlarla, turistlərlə birgə rayon icra hakimiyyətinin rəhbərliyi xalq sənətkarlarının əl işlərinə və qədim sənət nümunələrinə baxış keçiriblər.“Xalq sənətkarlığı bayramı”nda ətraf kəndlərin, rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif bölgələrdən dəvət olunmuş qonaqlar iştirak ediblər.

Basqal

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi İsmayıllıda silsilə tədbirlərlə qeyd olunur. 9 may 2017-ci il tarixdə qədim və zəngin tarixə, unikal mədəniyyətə malik olan Basqalda “Xalq sənətkarlığı bayramı” da ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuşdu.
Basqal sənətkarlığında xüsusi yer tutan, demək olar ki, onun simvoluna çevrilən kəlağayı milli qadın geyiminin atributu kimi bu gün də yaşayır. Bunu əsas götürərək basqalıllar keçirəcəkləri tədbir üçün məkan məhz kəlağayı muzeyinin həyətini seçmişdilər.
Tədbiri giriş sözü ilə Basqal İƏD üzrə nümayəndə Novuz Əsədov açıb. O, Basqalın tarixi, mədəniyyət və sənət növləri barədə məlumat verib. Bu günkü tədbirin ümummilli liderin doğum gününə həsr olunduğunu diqqətə çatdırıb və sözü RİH başçısı Mirdaməd Sadıqova verib.
RİH-nin başçısı Mirdaməd Sadıqov ulu öndər Heydər Əliyevin Azərbaycan və ümumilikdə bəşəriyyət tarixində əvəzsiz rola malik böyük şəxsiyyət olduğunu söyləyib, Azərbaycan xalqının xilaskarı, bütün türk dünyasının əvəzsiz lideri olduğunu vurğulayıb. “Xalq sənətkarlığı bayramının“ Lahıcda və Basqalda ulu öndər Heydər Əliyevin 94 illiyinə həsr olunmasını təqdirəlayiq hadisə olduğunu qeyd edib.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarverdiyev, BDU-nin Gender psixologiyası kafedrasının müdiri Rəna İbrahimbəyova çıxış edərək Ulu öndərin xalq sənət növlərinin inkişafı üçün həyata keçirdiyi tədbirlərdən, Basqalın kəlağayının vətəni olduğundan, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi-mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildiyindən danışıblar.
Sonra bayram tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq müraciəti ünvanlayıblar.
Sonda Basqal qəsəbə tam orta məktəbi şagirdlərinin və Regional mədəniyyət mərkəzi ansanblı üzvlərinin ifasında şeir və mahnılar səsləndirilib.
Bayram tədbiri müxtəlif səpkidə hazırlanmış sərginin nümayişi ilə sona çatıb.
Murad Məhərrəmov




Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!