• Ana səhifə |
Subscribe by RSS or RUS
» » O, bölgənin hərtərəfli inkişafına şərait yaratdı

O, bölgənin hərtərəfli inkişafına şərait yaratdı

Yazar Ismayilli
//
23 may 2017
//
//
Oxunub 165
//
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar “Heydər Əliyev idarəetmə məktəbi”nin fəaliyyəti daha intensiv xarakter və geniş miqyas alıb. Məktəbin növbəti məşğələsi Hacıhətəmli kənd tam orta məktəbinin iclas zalında keçirilib.O, bölgənin hərtərəfli inkişafına şərait yaratdı       Məşğələni giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Respublikamızın sürətli inkişafa çatmasından, xüsusilə kənd təsərrüfatının yeniləşməsindən, ulu öndərin İsmayıllıya səfərlərinin bölgənin hərtərəfli inkişafı üçün nümunəvi şərait yaratmasından danışıb. Qeyd edib ki, həmişə xalqını düşünən, onun həyatı üçün özünü məsul bilən ümummilli lider Heydər Əliyev dünyasını dəyişmək ərəfəsində də Azərbaycanı, onun gələcək taleyini fikirləşib. Buna görə də ölkəyə rəhbərliyi özü qədər inandığı möhtərəm cənab İlham Əliyevə etibar edib.
Dövlət qulluğu veteranı Valeh Salehov ümummilli liderin humanizmi və sosial siyasəti barədə məruzə edib.
Soltankənd tam orta məktəbinin direktoru Sabir Məhərrəmov, Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Şahin Kərimov və RİH-nin şöbə müdiri, Yeni Azərbaycan Partiyası rayon təşkilatı sədrinin müavini Rüstəm Səmədov Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif istiqamətləri barədə çıxış ediblər.
Şagirdlər Ümummilli liderə həsr olunmuş şeirlər söyləyiblər.
Mədəniyyət və turizm mərkəzinin hazırladığı konsert proqramı nümayiş etdirilib.
Məktəbin məşğələsində Ruşan, Uştal, Soltankənd, Qalagah, Mollaisaqlı, Gideyli və Kürdeldarbəyli kəndlərinin nümayəndələri də iştirak ediblər.
Ədalət Əhmədov,
Hacıhətəmli kənd tam orta məktəbinin müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!