• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İnsan amili diqqət mərkəzindədir

İnsan amili diqqət mərkəzindədir

Yazar Ismayilli
//
23 may 2017
//
//
Oxunub 113
//
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov rayonun İstisu və Çayqovuşan kəndlərinin sakinləri ilə səyyar görüş-qəbul keçirib.
Ənənəvi hal almış səyyar görüş-qəbulların keçirilməsində insan amili öndə durur və başlıca məqsəd əhalinin sosial durumu, yaşayış tərzi ilə yerlərdə tanış olmaqdır.
İstisuda 180 yerlik tam orta məktəbdə 200 şagird təhsil alır ki, bunlardan 20 nəfəri Çayqovuşan kəndindən gələn məktəblilərdir. Kənddə kitabxana, həmçinin tibb məntəqəsi fəaliyyət göstərir.
İstisuda 275 ev, 305 təsərrüfatda 1022 nəfər sakin vardır. İstisu kənd İƏD-i hüdudlarında olan Çayqovuşan kəndində isə, 43 təsərrüfatı birləşdirən 35 evdə 154 nəfər yaşayır.
Dağətəyi ərazidə yerləşən bu kəndlərdə əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, qismən də bağçılıqdır.
Görüş zamanı İstisu sakinləri içməli su təchizatı, kənddə uşaq bağçasının, nümayəndəlik üçün inzibati binanın, klubun tikilməsi, Sumağallı-İstisu kəndləri arasındakı 1200 metrlik yolun asfaltlanması kimi problemlərin mövcudluğunu vurğulayıblar. Çayqovuşan kəndinin sakinləri içməli su ilə təminatının yaxşılaşdırılması, kənddaxili iki küçənin təmir edilməsini arzuladıqlarını bildiriblər.
Sakinlərin çıxışlarından sonra RİH başçısı M.Sadıqov səsləndirilən problemlərin həlli istiqamətində aidiyyəti idarələrin rəhbərlərinə tapşırıqlar verib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!