• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Növbəti görüş-qəbul Göytəpə kəndində keçirilib

Növbəti görüş-qəbul Göytəpə kəndində keçirilib

Yazar Ismayilli
//
23 may 2017
//
//
Oxunub 147
//
May ayının 11-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Göytəpə kənd sakinləri ilə görüş-qəbul keçirib.
Səmimi və ürəkaçan görüş zamanı məlum olub ki, 83 evdən ibarət Göytəpə kəndində 106 təsərrüfatda 450 nəfər qeydiyyatdadır. Göytəpə kəndində 80 yerlik ümumi orta məktəbdə 61 şagird təhsil alır. Növbəti görüş-qəbul Göytəpə kəndində keçirilib
Həmçinin Başçının diqqətinə çatdırılıb ki, əsas məşğuliyyəti əkinçilik və maldarlıq olan Göytəpə kənd sakinləri vaxtaşırı olaraq kəndin zəruri ehtiyaclarını qarşıladıqları üçün kəndin ciddi sosial problemləri yoxdur. Problem olaraq 6 ədəd elektrik dirəyinin qəzalı vəziyyətdə olması qeyd olunub.
RİH başçısı M.Sadıqov səsləndirilən problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəyini bildirib və aidiyyəti üzrə tapşırıqlar verib.
Başçı kənd sakinlərinin əməyə bağlılığını və çalışqanlığını təqdirəlayiq qeyd edib. Kənd sakinləri də çıxışlarında göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şahməmməd Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!