• Ana səhifə |
Subscribe by RSS or RUS
» Şəhidin xatirəsinə abidə-bulaq kompleksinin açıldı

Şəhidin xatirəsinə abidə-bulaq kompleksinin açıldı

Yazar Ismayilli
//
23 may 2017
//
---
//
Oxunub 223
//
İsmayıllıda Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bu və ya digər formada əbədiləşdirmək ənənəsi davam edir. Rayon ərazisində dəfn olunan bütün şəhidlərin məzarları onların pak ruhlarına dərin ehtiram səviyyəsində düzəldilib. İstisu kəndində və şəhərin Rəşid Mahmudov küçəsində abidə-bulaq kompleksləri ucaldılıb.Şəhidin xatirəsinə abidə-bulaq kompleksinin açıldı
Şəhidin xatirəsinə abidə-bulaq kompleksinin açıldı    Kürdmaşı kəndində şəhid İlqar Məmmədovun xatirəsinə döyüş yoldaşlarının (başda Rafiq Qarayev olmaqla) təşəbbüsü və Kürdmaşı inzibati ərazi dairəsinin təşkilatçılığı ilə yeni xatirə-bulaq kompleksi tikilib. Burada İlqar Məmmədovun barelyefi, Azərbaycan xəritəsi, işğal olunmuş rayonların tarixləri əks olunub. Nəfis şəkildə tərtib olunmuş abidə-bulağa su çəkilib, ətrafı abadlaşdırılıb.
May ayının 15-də - şəhid İlqar Məmmədovun doğum günündə xatirə abidəsinin açılışına həsr olunmuş mərasim keçirilib. Tədbiri Kürdmaşı İƏD-i üzrə nümayəndə Çingiz Əliyev açıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin döyüş yoldaşı, abidə-bulağın əsas təşəbbüskarı Rafiq Qarayev çıxış edərək İlqarın döyüş yolundan, vətənə vurğunluğundan danışıb. Qeyd edib ki, bu gün də keçmiş döyüşçülər yenidən ön cəbhəyə getməyə hazırdılar.
Kənd ağsaqqallar Şurasının sədri Yunus Məmmədov, şəhidin qardaşı Arzu Məmmədov öz səmimi çıxışları ilə İlqarın döyüş yoldaşlarına dərindən minnətdarlıq ediblər, iştirakçılara, qonaqlara təşəkkür ediblər ki, Vətənin dəyərli oğlu, Azərbaycan uğrunda canından keçmiş İlqarın ruhuna ehtiram göstərmək üçün açılışa gəliblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təşəbbüskar döyüş yoldaşlarına təşəkkür edib. Bildirib ki, onlar bu hərəkətləri ilə deyirlər ki, biz Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə həmişə hazırıq. Qarabağ uğrunda 144 İsmayıllı gənci şəhid olub. Aprel döyüşlərində fəal iştirak edən həmyerlilərimiz (onlardan şəhid olan, yaralanan da vardı) Vətəni müdafiəyə hazır olduqlarını bildiriblər.
Məktblilər döyüş ruhlu mahnı və şeirlər ifa ediblər.
RİH-nin başçısı Mirdaməd Sadıqov, Rafiq Qarayev şəhidin döyüş yoldaşları ilə birgə abidə-bulağın açılışını ediblər.
A.Bədəlov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!