• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Düzgün seçim xoşbəxtliyin qarantıdır

Düzgün seçim xoşbəxtliyin qarantıdır

Yazar Ismayilli
//
22 may 2017
//
//
Oxunub 229
//
İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbində “Düzgün peşə seçimində valideynlərin rolu” mövzusunda seminar keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi, məktəbin kollektivi, yuxarı sinif şagirdləri, onların valideynləri iştirak ediblər. Düzgün seçim xoşbəxtliyin qarantıdır    İsmayıllı Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov “Düzgün peşə seçimində valideynlərin rolu” mövzusunda məruzə edib, əmək bazarına daxil olmağa hazırlaşan gənclərin peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, əmək bazarının tənzimlənməsində, peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsində gənclərin düzgün peşə və ixtisas seçiminin vacib amillərdən olduğunu, peşəyönümü tədbirlərinin də bu məqsədə yönəldiyini qeyd edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Cavid Əsgərli, ekspert Rəşad Baxşıyev, 2 nömrəli tam orta məktəbin direktoru Ramil Dadaşov və digər qonaqlar da çıxış edərək gənclərə, onların valideynlərinə mövzu ilə əlaqədar ətraflı məlumat veriblər.
Bakı Regional Peşə Tədris Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx izləyicilərin rəğbətinə səbəb olub. Tədbirdə ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə gənclər, onların valideynləri ətraflı məlumatlandırıblar. Məşğulluq xidmətləri, peşə hazırlığı və əlavə təhsil kursları, aktiv məşğulluq tədbirləri haqqında geniş məlumatlar, peşəyönümü məsləhətləri verilib. Tədbirdə yuxarı sinif şagirdləri və valideynlərinin aidiyyəti mövzuda sualları da cavablandırılıb.
R.Qasımov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!