• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Düzgün siyasətinin nəticəsi

Düzgün siyasətinin nəticəsi

Yazar Ismayilli
//
22 may 2017
//
//
Oxunub 61
//
İsmayıllı Olimpiya-İdman Kompleksində Gənclər və İdman İdarəsi və Olimpiya-İdman Kompleksi ilə birgə təşkil etdiyi yeniyetmə və gənclər arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş VKC karate idman növü üzrə rayon birinciliyi keçirilib.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açaraq iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. Ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. İdmana dövlət səviyyəsində göstərilən qayğıdan danışıb.
Olimiya-İdman Kompleksinin direktor müvini Anar Həsənov da öz növbəsində iştirakçıları salamlayıb. İsmayıllı idmançılarının gündən-günə artan uğurlarının başlıca səbəbini ölkə rəhbərliyinin düzgün siyasətinin nəticəsi kimi dəyərləndirib.
Gərgin mübarizə şəraitində keçən yarışda müxtəlif çəki dərəcəsində qalib gələn idmançılar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.
S.Əzizov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!