• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Cəfərov Xurşud Əli oğlu

Cəfərov Xurşud Əli oğlu

Yazar Ismayilli
//
22 may 2017
//
//
Oxunub 428
//
Rayonun pedoqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Sulut kənd tam orta məktəbin direktoru Cəfərov Xurşud Əli oğlu 64 yaşında vəfat etmişdir.Cəfərov  Xurşud Əli oğlu    Xurşud Cəfərov 15 yanvar 1953-cü ildə rayonun Sulut kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini 1960-1968-ci illərdə Sulut kənd səkkizillik məktəbində və 1968-1970-ci illərdə Ağsu rayonunun Kalva kənd orta məktəbində almışdır.
1970-ci ildə M.F.Axundov adına APRDƏİ daxil olmuş, 1974-cü ildə institutu bitirərək orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi ixtisası almışdır. Ali məktəbi bitirdikdən sonra o, Sulut kənd tam orta məktəbində rus dili müəllimi, məktəb direktoru, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Sulut İƏD-i üzrə səlahiyyətli nümayəndəsi vəzifələrində çalışmışdır. O, 2005-ci ildən ömrünün sonundək Sulut kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir.
Xurşud Cəfərov tutduğu vəzifədən asılı olmayaraq işlədiyi bütün sahələrdə işə məsuliyyəti ilə ətrafdakılarına nümunə olmuşdur. Onun gənc nəslin təlim-tərbiyyəsinin inkişafında xüsusi əməyi vardır. Onun yetirmələri sırasında həyatda yüksək mövqe tutanlar çoxdur.
Öz peşəsini dərindən sevən, yüksək insani keyfiyyətlərə malik gözəl müəllim, qayğıkeş və mehriban ailə başcısı, güclü yumor hissi, təşkilatçılıq bacarığı olan sədaqətli dost idi.
Xurşud Cəfərovun əziz xatirəsi onu tanıyanların yaddaşında uzun müddət yaşayacaqdır.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
İsmayıllı Rayon Təhsil Şöbəsi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!