• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllıda Novruz bayramı

İsmayıllıda Novruz bayramı

Yazar Ismayilli
//
19 aprel 2017
//
//
Oxunub 358
//
20 mart 2017-ci il tarixdə milli Novruz bayramı İsmayıllıda təntənəli şəkildə qeyd olunub. Geniş, məzmunlu və əhatəli ssenari əsasında hazırlanmış bayram şənliyi bəzədilmiş faytonların, musiqiçilərin müşayiəti altında şəhərin küçələrini gəzməklə, carçıların əhalini bayram tədbirinə dəvəti ilə başlayıb. Milli ruhda bəzədilmiş Mərkəzi meydana 5000-dən çox tamaşaçı yığışmışdı. Əl işlərindən, sənətkarlıq nümunələrindən, sənaye və kənd təsərrüfatı məhsullarından, milli kulinariyadan ibarət sərgiyə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov, RİH aparatı işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri maraqla tamaşa ediblər.
İsmayıllıda Novruz bayramı
Dörd çərşənbənin rəmzi libasında geyinmiş qızlar meydanı dolanıb, tamaşaçılarla görüşüb baharı vəsf ediblər. Bayram şənliyi Kosa və Keçəlin məzəli əhvalatları ilə davam edib. Novruz şənliyinə həsr olunmuş ümumrayon tədbirində müğənnilərin və idmançıların çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bayram şənliyində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov meydanda çatılmış tonqalı alovlandırıb, tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib.
İsmayıllıda Novruz bayramı
İsmayıllıda Novruz bayramı
Təbrikdə deyilir:
Əziz ismayıllılar!
Sizi milli-mənəvi, tarixi dəyərimiz olan Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müqəddəs Novruzu ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Novruzu dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımız ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər.
Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır.
Novruzun gəlişi İsmayıllılar üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdardır. Ölkəmizdə gedən sürətli inkişaf proseslərindən faydalanan rayon sakinləri iqtisadiyyatin butun sahələriədə dinamik inkişafa nail olmusalar. Burada aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri sayəsində infrastruktur yenidən qurulur, əhalinin məişət şəraiti yaxşılaşır, yaşayış səviyyəsi müasir tələblərə cavab verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramlarının müvəffəqiyyətlə icra edilməsi nəticəsində İsmayıllı rayonunda da həyat canlanmış, abadlıq, quruculuq işləri genişlənmiş, müasir infrastruktur yaradılmışdır. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya ardıcıl səfərləri bölgəmizə 20-30 ilin yüksəlişini gətirmişdir. İsmayıllı inkişaf tempini zəiflətməyən, sosial-iqtisadi inkişafda aparıcı sıralarda möhkəmlənən rayona çevrilmişdir.
Əziz həmvətənlər!
Dəyərli soydaşlarımız!
Bir daha hər birinizi Novruz Bayramı münasibəti ilə ürəkdən təbrik edir, bütün ailələrə xoşbəxtlik, ruzi-bərəkət, xalqımıza firavan gələcək, qazanacağımız böyük qələbədə fəal iştirak arzulayıram.
Bayramınız mübarək!
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!