• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xoş arzular və təbriklər

Xoş arzular və təbriklər

Yazar Ismayilli
//
19 aprel 2017
//
//
Oxunub 1460
//
Aprelin15-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Kazım qızı Əhmədovanın yubiley yaşı çalışdığı kollektiv tərəfindən qeyd edilib.
Xoş arzular və təbriklər
S.Əhmədova uzun illər rayonun aparıcı sahələrində rəhbər işdə, dövlət qulluğunda işləyib. Hazırda rayon İcra Hakimiyyətində çalışmaqdadır və vəzifəsini yüksək səviyyədə, nümunəvi qaydada icra edir. Əmək fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülüb. 2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Bu yaxınlarda YAP rayon təşkilatının sədri vəzifəsi də ona həvalə edilib.
Yubiley tədbirini rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. O, Sevil xanımı xoş arzular, tər qızılgüllər və hədiyyələrlə təbrik edib. Kollektivin hər bir üzvü yubliyarın ünvanına səmimi təbriklər söyləyib.
Sevil Əhmədova xoş və səmimi sözlərə, göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib, göstərilən etimadı daha əzmlə çalışaraq doğrultmaqda davam edəcəyini bildirib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!