• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Növbəti məşğələ soyqırımı gününə həsr olunub

Növbəti məşğələ soyqırımı gününə həsr olunub

Yazar Ismayilli
//
19 aprel 2017
//
//
Oxunub 137
//
“Heydər Əliyev İdarəetmə Məktəbi”nin mart ayının 29-da keçirilən növbəti məşğələsi azərbaycanlıların soyqırımı gününə həsr olunub. Tədbiri giriş nitqi ilə məktəbin icraçı direktoru Fərman Bəşirov açıb.
Bütün soyqırımılar zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 1920-ci ilin mart ayında törədilən soyqırımıları əks etdirən filmə baxış keçirilib.
31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş məruzə ilə tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanov çıxış edib.
Növbəti məşğələ soyqırımı gününə həsr olunub
Soyqırımı hadisələrinə müxtəlif aspektlərdən yanaşmanın nəticəsi olan tarix müəllimləri Hacalı Səlimovun, Ülkər Süleymanovanın, Şahin Kərimovun və başqalarının çıxışları dinlənilib.
Məruzə və çıxışlarda Bakıda, Qubada, Şamaxıda, Muğanda, Cənubi və Qərbi Azərbaycanda tarixi düşmənlərimiz olan ermənilərin xalqımıza qarşı törətdikləri bəşəri cinayətdən, erməni qətliamlarından ətraflı danışılıb, həm də qeyd olunub ki, indiki İsmayıllı ərazisindəki Tircan, Mücü, Bizlan, Sulut, Qıçatan, Zeyvə, Maçaxı, Sərdahar, Zərnəva, Tağlabiyan, Kəlfərəc, Kürdüvan, Diyallı, Kürdmaşı, Xankəndi, Hacıhətəmli, Mollaisaqlı və digər kəndlər də soyqırımına məruz qalıblar.
O da vurğulanıb ki, ermənilərə qarşı İsmayıllı ərazisində müqavimət də göstərilib. Yeniyol kəndi yaxınlığındakı Dəymədağıl kəndi sakinləri ilə birgə sıradan çıxarılıb. Lahıca hücuma keçən düşmənlərimiz burada istehsal olunmuş “Zanburo” topunun bir atəşindən qorxaraq geri qayıdıblar.
Keçirilən çoxsaylı tədbirlərlə tariximizin müxtəlif mərhələlərində baş verən soyqırım hadisələri xatırlanır, yaddaşlarda möhkəmləndirilir, yetişən nəsillərə düşmələrimiz tanıdılır.
Mübariz Orucov küçəsi ilə Nizami Gəncəvi küçəsinin kəsişdiyi yerdə azərbaycanlıların soyqırımına həsr olunmuş “Ana harayı” abidəsi ucaldılıb. Məktəblilər həmin abidəni müntəzəm ziyarət edirlər.
Nəsimi Teymurov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!