• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İnkişaf yeni arzuları gündəmə gətirir

İnkişaf yeni arzuları gündəmə gətirir

Yazar Ismayilli
//
19 aprel 2017
//
//
Oxunub 71
//
İnkişaf yeni arzuları gündəmə gətirir

Lahıc qəsəbəsində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı RİH başçısı Mirdaməd Sadıqovun aprel ayının 11-də sakinlərlə görüşü keçirilib.
Qəsəbə sakinləri ilə görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Məmmədovla yanaşı rayonun idarə və müəssisələrin rəhbərləri də iştirak ediblər. Görüşdə qəsəbənin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Sakinlər son illərdə qəsəbədə, eləcə də rayonda görülən quruculuq-abadlıq işlərindən razılıq ediblər. O da qeyd olunub ki, qəsəbədəki inkişaf yeni arzuları gündəmə gətirir.
Çıxış edənlər qəsəbənin ümumi problemləri barədə danışıblar. Onlar Lahıca çəkilən asfalt yolun başa çatdırılmasını, qəsəbəyə qaz xəttinin çəkilməsini, ərazi üzrə post-patrul xidmətinin təşkilini, qəsəbənin girişində avtomobil dayanacağı yaradılmasını, Mədəniyyət mərkəzinin, idman bazasının tikilməsini, Girdiman çayının qəsəbəyə paralel ərazisində sahil-bərkitmə işlərinin davam etdirilməsini RİH başçısından xahiş ediblər.
RİH başçısı M.Sadıqov problemlərin həlli ilə əlaqədar aid idarə və təşkilatların rəbərlərinə tapşırıqlar verib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!