• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xankəndində soyqırım tədbiri

Xankəndində soyqırım tədbiri

Yazar Ismayilli
//
18 aprel 2017
//
//
Oxunub 181
//
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İsmayıllı rayonu Xankəndi kənd tam orta məktəbində tədbir keçirilib. İlk öncə soyqırımında həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Xankəndində soyqırım tədbiri
Sonra kənd icra nümayəndəsi Gülbaba Şıxıyev çıxış edərək qeyd edib ki, 31 mart soyqırımı xalqımızın başına gətirilmiş ən dəhşətli faciələrdən biridir və xalqımız bu faciəni heç vaxt unutmayacaqdır. Eyni zamanda o, ulu öndər Heydər Əliyevin bu unudulmaz faciə ilə bağlı verdiyi 1998-ci il fərmanını xatırlatdı. Daha sonra məktəbin direktoru Rauf Adıgözəlov çıxış edərək bildirib ki, bu faciə tarixdə baş verən ən qanlı faciələrdən biri olmuş və soydaşlarımız ən qəddar işgəncələrlə qətlə yetitilmişlər. Buna görə də vətəndaşlarımız bu faciəni heç bir zaman unutmamalı, xəyanət qurbanlarının xatirəsini hər zaman əziz tutmalıdır`.
Tədbirin davamında V və VI sinif şagirdlərinin Zəlimxan Yaqubun yaradıcılığından söylədikləri serlər dinlənilib. Müxtəlif səhnəciklər göstərilib. Tədbirin sonunda isə soyqırımına həsr olunmuş video-çarx nümayiş etdirilib və tədbir iştirakçıları tərəfindən dərin hüznlə izlənilib.
Allah şəhidlərimizə rəhmət eləsin.
E.Manafov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!