• Ana səhifə |
Subscribe by RSS or RUS
» » 2016-cı ildə İsmayıllı rayonunun əsas makro-iqtisadi göstəriciləri

2016-cı ildə İsmayıllı rayonunun əsas makro-iqtisadi göstəriciləri

Yazar Ismayilli
//
18 mart 2017
//
//
Oxunub 191
//
Rayon iqtisadiyyatının əsas göstəricisi olan ümumi məhsul buraxılışının həcmi 2016-cı ildə faktiki qiymətlərlə 171,8 milyon manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 2009,7 manata çatmışdır. Məhsul və xidmətlərin 67,7 faizi istehsal sahələrinin, 32,3 faizi isə xidmət sahələrinin payına düşür.
 2016-cı ildə İsmayıllı rayonunun əsas makro-iqtisadi göstəriciləri
Hesabat dövründə ümumi məhsul buraxılışında kənd təsərrüfatının payı 46,6 faiz, sənayenin 3 faiz , tikintinin 18,1 faiz, rabitənin 0,5 faiz, nəqliyyatin 1,8 faiz, ticarət və xidmətin payı isə 30,0 faizi təşkil etmişdir. 2015-ci illə müqayisədə sənaye 19,8 faiz, tikinti sektoru 8,4 faiz, ticarət və xidmət sektoru isə 3,8 faiz yüksəlmişdir.
Kənd təsərrüfatında 80,1 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bunun da 41,6 milyon manatı bitkiçilikdə, 38,5 milyon manatı isə heyvandarlıq sahəsində yaranmışdır.
2016-cı ildə rayon əhalisinin gəlirləri 220,7 milyon manat təşkil edərək, əvvəlki illə müqayisədə 10,1 faiz artmışdır. Əhalinin hər nəfərinə düşən gəlirləri 2015-ci ildən 216 manat artaraq 2590,1 manata çatmışdır.
Bu dövrdə rayon büdcəsinin gəlirləri 19,5 milyon manat təşkil etmişdir ki, onun da 29,7 faizi və ya 5,8 milyon manatı yerli vergilərdən (dövlət rüsumlarından) daxilolmalardır. Rayon büdcəsinin xərcləri isə 18,8 milyon manat olmuşdur.
2016-cı ildə bələdiyyələrin büdcəsinə 458,7 min manat vəsait daxil olmuşdur. Ümumi daxilolmaların 34,3 faizi və ya 157,3 min manatı vergilərdən, 301,4 min manatı isə vergi olmayan gəlirlərdən ibarət olmuşdur. 2016-cı ildə bələdiyyə büdcəsinin xərcləri 435,3 min manat təşkil etmişdir.
Simran Aydınov,
İsmayıllı Rayon Statistika İdarəsinin sektor müdiri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!