• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ağacəkmə kompaniyası keçirilib

Ağacəkmə kompaniyası keçirilib

Yazar Ismayilli
//
18 mart 2017
//
//
Oxunub 102
//
smayıllı rayonunun Əhən bələdiyyəsi ərazisində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı idarə olunması layihəsi çərçivəsində torpaq eroziyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Kəndin ərazisində sürüşməyə meyilli yamacların, yarğan eroziyanın və kənd yolunun mühafizəsi məqsədilə yerli ağac növlərindən yaşıllıqlar salınıb. Yerli iqlimə uyğun yamacbərkidici xassəsi olan meşə və meyvə ağacları əkilib. Meyvə ağaclarını əsasən qərzəkli bitkilər olan qoz və fındıq tingləri təşkil edib.Ağacəkmə kompaniyası keçirilib
Tədbirlərin keçirilməsində kənd əhalisinin könüllüləri yaxından iştirak edib. RİH başçısının Əhən kənd İƏD-i üzrə nümayəndiliyi və Əhən bələdiyyəsi də layihə çərçivəsində həyata keçirilən tədbirlərə xüsusi köməklik göstərib. Layihənin rəhbərliyi kənd əhalisi arasında bu istiqamətdə vaxtaşırı maarifləndirmə işləri aparır. Həmin tədbirlərin davamı olaraq ərazidə 11-12 mart tarixlərində eroziyaya meyilli dağ yamaclarında çox sayda ağac əkilib. İsmayıllı rayonunun digər ucqar dağ kəndlərində də bu kimi tədbirlərin aparılması nəzərdə tutulub.
Ş.Hüseynov


Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!