• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib

Soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib

Yazar Ismayilli
//
18 mart 2017
//
//
Oxunub 218
//
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımı olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 1992-ci ilin 26 fevral tarixində baş verən bu faciədən 25 il ötdü.
Soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib
RİH başçısının Basqal qəsəbə İƏD-i üzrə nümayəndəliyində, Basqal qəsəbə tam orta məktəbində bu münasibətlə silsilə tədbirlər keçirilib. Tədbirlərdə nümayəndəliyin işçiləri, məktəbin müəllim və şagird kollektivi, dini icma üzvləri iştirak ediblər.
Tədbirdə həmçinin erməni vəhşiliklərinin qurbanı olan, mart soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub. Tarixin o unudulmaz günləri ilə bağlı məlumatlar bir daha diqqətə çatdırılıb.
Məktəblilərin ifasında faciəyə həsr olunmuş ədəbi kompozisiya təqdim olunub.
Novruz Əsədov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!