• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qadınların bayramı qeyd edilib

Qadınların bayramı qeyd edilib

Yazar Ismayilli
//
18 mart 2017
//
//
Oxunub 138
//
İsrail Həsənov adına şəhər bir nömrəli tam orta məktəbində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir təşkil olunub. Məktəbin direktoru Gündüz Qədirov tədbiri açıq elan edərək məktəb kollektivindəki bütün qadınları bayram münasibəti ilə təbrik edib. Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən söz açıb.Qadınların bayramı qeyd edilib                  O bildirib ki, Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən danışıb.
Daha sonra çıxış edən müəllimlər də qadınların bütün sahələrdə səmərəli fəaliyyət göstərdiklərini və təhsilimizin inkişafında dəyərli töhfələrini vurğulayıb, onlara cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzu ediblər.
Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Elnarə Qasımova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!