• Ana səhifə |
Subscribe by RSS or RUS
» » 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.M.Sadıqovun hesabat m ə r u z ə s i

2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.M.Sadıqovun hesabat m ə r u z ə s i

Yazar Ismayilli
//
17 fevral 2017
//
//
Oxunub 394
//
Hər ötən ilin müzakirə olunan tərəflərindən biri və ən əsası sosial-iqtisadi nəticələrdir. 2016-cı il də bu baxımdan istisna deyil. Geridə qoyduğumuz 2016-cı il bütövlükdə respublika, eyni zamanda bölgələr üçün də əvvəlki illərlə müqayisədə o qədər də yüksək nəticələr ili olmayıb. Bunun da əsas səbəbi dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, manatın devalvasiyaya uğraması, gəlirlərin aşağı düşməsidir.2016-cı  ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun  hesabat   m ə r u z ə s i  Lakin bunlara baxmayaraq, 2016-cı il rayonun tikinti və abadlıq işləri sahəsində də yaddaqalan, əlamətdar il olmuşdur. Belə ki, Sumağallı kəndi ərazisində Göyçay çayı üzərində “İsmayıllı-2” su elektrik stansiyasının, Diyallı kəndində Velosiped zavodunun, Təbriz küçəsində 140 yerlik uşaq bağçasının tikintisi, rayonumuzun sosial-iqtisadi inkişafına birbaşa təsir göstərən Qaraməryəm-İsmayıllı yolunun, İsmayıllı Olimpiya-İdman Kompleksinin əsaslı təmiri və yenidən qurulması başa çatdırılmış, bu obyektlərin açılışında cənab Prezident iştirak etmişdir. Bundan əlavə Xanagah kəndi ərazisində dam örtükləri istehsalı zavodunun açılışı olmuşdur.
Şəhər ərazisində görülmüş hər bir iş Baş plana uyğunlaşdırılmış, bu məqsədlə yollar genişləndirilmiş, günün tələblərinə uyğun olmayan, qırmızı xəttin üzərində yerləşən primitiv üslubu ilə şəhərin memarlıq görünüşünə xələl gətirən obyektlər sökülərək, qanunamüvafiq qaydada münasib ərazilərə köçürülmüşdür. Şəhərin Heydər Əliyev prospektindəH başlanılmış kompleks abadlıq tədbirlərinə yekun vurulmuşdur. Qısa müddət ərzində Cavanşir küçəsində vətəndaşlara məxsus həyətlərdə fərdi yaşayış evlərinin, ticarət və ictimai iaşə obyektlərinin dam örtükləri dəyişdirilmiş, fasad üzlükləri yenilənmiş, hasarlar müasir arxitekturaya uyğun yenidən qurulmuşdur. Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində abadlıq və yenidənqurma işləri davam etdirilmişdir. Görülən tədbirlərin məntiqi nəticəsi olaraq həmin ərazidə nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, yol hərəkəti tənzimlənmiş, sahibkarlar tərəfindən əhaliyə göstərilən xidmət yaxşılaşdırılmış, sanitar-gigiyenik qaydalara uyğunlaşdırılmışdır.
2016-cı  ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun  hesabat   m ə r u z ə s i
2016-cı  ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun  hesabat   m ə r u z ə s i
2016-cı  ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun  hesabat   m ə r u z ə s i
2016-cı  ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun  hesabat   m ə r u z ə s i
2016-cı  ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun  hesabat   m ə r u z ə s i
2016-cı  ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun  hesabat   m ə r u z ə s i
2016-cı  ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun  hesabat   m ə r u z ə s i
Bu il ümumilikdə İsmayıllı şəhərinin 12 küçə və məhəlləsində asfaltlaşdırma, 3 küçəsində isə abadlıq işləri aparılmışdır. Ümumilikdə İsmayıllı şəhəri ərazisində ötən il küçə və prospektlərə 38470 m2 asfalt örtük vurulmuşdur. Bununla yanaşı N.Nərimanov küçəsində 810 metr, A.Aslanov küçəsində 700 metrdən çox səki yaradılmış, işıqlanma sistemi qurulmuşdur.
Şəhərin mərkəzində bazar yaxınlığında “Saat meydanı”nın inşası aparılmış, tikinti işləri başa çatdırılmışdır. Artıq İsmayıllı şəhəri ərazisində “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə 2-ci layihə” çərçivəsində şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması və təmizləyici qurğunun tikintisi yekunlaşmışdır. İsmayıllı şəhərində “Azərxalça” ASC-nin, H.Əliyev prospektində beşmərtəbəli otel binasının, Mərkəzi Xəstəxananın yaxınlığında aptek binasının və Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə 8 yaşayış evinin tikintisinə başlanmışdır .
Ümumilikdə 2016-cı ildə rayon ərazisində 15 obyekt, 153 fərdi yaşayış evi inşa edilmişdir. “Fermer evi”nin tikintisi tamamlanmış, hazırda istismara hazır vəziyyətdədir. Lahıc qəsəbəsində Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə “İcma bazarı”nın, “Muğan Bank” ASC-nin İsmayıllı rayon filialı üçün binanın tikintisinə yekun vurulmuşdur.
2016-cı ildə rayonda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 171 milyon 371 min 900 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 121 min 400 manat çoxdur. Ötən il aqrar sektor üçün hava şəraitinin qeyri-əlverişli keçməsi ilə əlaqədar olaraq kənd təsərrüfatında 2,2 faiz azalma baş versə də sənayedə 17,5 faiz, tikinti-quraşdırma işlərində 7,7 faiz, nəqliyyatda 4,9 faiz, informasiya və rabitədə 4 faiz, ticarətdə 12,7 faiz artım əldə olunmuşdur.
Yola saldığımız 2016-cı ildə əsas kapitala investisiya qoyuluşu 32 milyon 998 min 300 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2 milyon 283 min 400 manat çoxdur. 5 milyon 435 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi 16,7 faiz yüksələrək 160 milyon 92 min manata çatmış, keçən ilin eyni dövrünə nisbətən 23 milyon manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 1 milyon 778 min manat artaraq 23 milyon 940 min manat təşkil etmişdir.
Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 19 milyon 856 min 463 manat proqnoza qarşı 19 milyon 457 min 688 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 98 faiz təşkil etmişdir.
Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 96 faiz icra edilməklə 540 min 463 manat kəsirdə qalmışdır.
Yerli mənbələrdən daxilolmalar 5 milyon 640 min manata qarşı, 5 milyon 781 min 688 manat və ya 141 min 688 manat çox olmuşdur ki, bu da 103 faiz təşkil etmişdir.
2016-cı ildə illik məxaric proqnozu 19 milyon 856 min 463 manata qarşı 18 milyon 828 min 760 manat, 95 faiz, yəni 1 milyon 27 min 703 manat kəsirlə yerinə yetirilmişdir. Büdcə vəsaitindən israfçılığa və kənar xərclərə yol verilməmişdir.
2017-ci ildən başlayaraq rayon büdcəsi özünümaliyyələşdirmə qaydasında, yəni Respublika büdcəsindən dotasiya almadan icra ediləcəkdir. Büdcənin icrası tamamilə yerli gəlirlərdən asılı olduğundan əsas məsuliyyət yığımı təmin edən vergi orqanlarının üzərinə düşür. Eyni zamanda qarşıda duran əsas vəzifə əlavə gəlir mənbələrinin yaradılmasıdır.
İsmayıllı Dövlət Sosial Müdafiə Fondunun uçot qeydiyyatında olan pensiyaçılar 13227 nəfərdir. İl ərzində 304 nəfərə yaşa görə, 154 nəfərə əlilliyə görə, 51 nəfərə ailə başçısını itirdiyinə görə pensiya təyin edilmişdir.
2016-cı il ərzində əmək pensiyalarının ödənilməsinə 27 milyon 98 min manat, digər müavinətlərin ödənilməsinə isə 421 min 400 manat vəsait xərclənmişdir. Hesablanmış aylıq pensiya və müavinətlər plastik kartlarla ödənilmişdir.
Respublika Fondundan 2016-cı ildə pensiya və müavinətlərin ödənişinə 23 milyon 390 min manat vəsait köçürülmüşdür ki, bu da ödənilmiş pensiya məbləğinin 85 faizini təşkil edir. Ödənişin qalan 15 faizi yerli daxilolmalar hesabına reallaşmışdır.
İl ərzində DSMF İsmayıllı Rayon Şöbəsi tərəfindən 5 milyon 212 min manat proqnoz tapşırığa qarşı 4 milyon 303 min 200 manat və ya 82,6 faiz sosial sığorta haqqı toplanmışdır.
15 fevral 2016-cı il tarixdən etibarən ünvanlı sosial yardım üçün Vahid elektron müraciət və təyinat alt sistemi (VEMTAS) tətbiq edilir.
2016-cı ildə 1148 ailənin 5235 üzvünə cəmi 1 milyon 844 min manat ünvanlı sosial yardım verilmişdir. Ünvanlı sosial yardım alan ailələrin sayı əvvəlki illə müqayisədə 15 ailə artmış, hər ailəyə düşən orta aylıq məbləğ 147 manat 48 qəpik, adambaşına düşən aylıq məbləğ isə 30 manat 18 qəpik olmuşdur.
Rayonda 2016-cı ildə 1032 daimi yeni iş yeri açılmışdır. Bunlardan 63-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 279-u mövcud müəssisə və təşkilatlarda, 690-ı isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yanındadır. Rayon Məşğulluq Mərkəzində 353 idarə, müəssisə, təşkilat və sahibkar qeydiyyatdadır ki, bunların da hazırda 253-ü fəaliyyət göstərir.
Hesabat dövründə Rayon Məşğulluq Mərkəzinə 2241 nəfər vətəndaş müraciət etmiş, 654 nəfəri işlə təmin edilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 258 nəfər çoxdur. İşlə təmin olunanların 84 nəfəri qadın, 319 nəfəri gənc, 25 nəfəri işə məcburi köçkündür.
2016-cı ildə 29 nəfərə işsiz statusu verilmiş və onlara işsizlik müavinəti təyin edilmişdir. 18 nəfər qeyri-məşğul vətəndaş Göyçay Regional Peşə Tədris Mərkəzində 3 aylıq traktorçu-maşınist peşə hazırlıq kursuna cəlb edilmiş, peşə seçiminə kömək məqsədilə 328 nəfər gəncə peşə yönümlü məsləhətlər verilmişdir.
2016-cı ildə işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən rayon üzrə ayrılmış 368 iş yerinə Məşğulluq Mərkəzi tərəfindən göndəriş verilmiş və onlar işlə təmin olunmuşlar.
24 noyabr 2016-cı il tarixdə rayonda Əmək yarmarkası keçirilmiş, 69 idarə, müəssisə və təşkilat tərəfindən 203 boş iş yeri təqdim edilmişdir. Təqdim olunmuş boş iş yerlərinə 96 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmiş və onlar işlə təmin olunmuşlar.
İsmayıllı Elektrik Şəbəkəsi 23700 abonentə xidmət göstərir. Onların da 20850-sı əhali abonentləridir. 2016-cı ildə İsmayıllı Elektrik Şəbəkəsinə 60 milyon 798 min kilovat-saat enerji daxil olmuş, istehlakçılara 53 milyon 624 min kilovat-saat faydalı enerji ötürülmüşdür. İllik yığım 93,5 faiz yerinə yetirilmişdir. İsmayıllı şəhərində, Təzəkənd, Topçu, Xanagah, Qurbanəfəndi və Talıstan kəndlərində şəbəkənin yenidən qurulması davam etdirilmişdir. Ümumilikdə 25,9 km SİP kabel xətti çəkilmişdir. Rayon ərazisində 21 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, digər transformator məntəqələri əsaslı və cari təmir edilmişdir.
Avqust ayında layihə gücü 1,6 meqavat olan ikinci - “İsmayıllı-2” Su Elektrik Stansiyası istifadəyə verilmişdir. İki elektrik stansiyası il ərzində 3,7 meqavat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürmüşdür.
Görülmüş işlərlə yanaşı onu da qeyd etməliyik ki, elektrik təsərrüfatı nasaz vəziyyətdə olan yaşayış məntəqələri hələ də çoxdur. Bir sıra yaşayış məntəqəsinin elektrik təsərrüfatı ötən əsrin 60-70-ci illərində çəkilmişdir. Ona görə də elektrik təsərrüfatının yenidən qurulması işlərinin sürətləndirilməsi vacib məsələ kimi qarşıda durur.
Rayonun 108 yaşayış məntəqəsindən rayon mərkəzi də daxil olmaqla 38 yaşayış məntəqəsi qazlaşdırılmışdır. İsmayıllı Qaz Xidmət Sahəsi 15544 abonentə xidmət göstərir ki, bunun da 15383-ü əhali, 161-i qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə 33 milyon kubmetr qaz yanacağı verilmiş, satılan qazın dəyəri 95,4 faiz ödənilmişdir. İl ərzində 1318 əhali abonenti yeni qeydiyyata alınmışdır.
2016-cı ildə Sumağallı və Qurbanəfəndi kəndləri qazlaşdırılmışdır. Bu yaşayış məntəqələrində 589 ədəd məişət qaz sayğacı quraşdırılmışdır.
“Azəriqaz” İstehsalat Birliyinin məktubuna əsasən 2017-ci ildə Lahıc qəsəbəsinin, Qalagah, Soltankənd və Uştal kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
İsmayıllı “Sukanal” idarəsi 6512 əhali, 216 büdcə və kommersiya obyektinə xidmət göstərmişdir. “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə” çərçivəsində İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin infrastrukturunun bərpası və tikintisi işləri başa çatdırılmışdır. Hazırda İsmayıllı şəhərində əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur. 2016-cı ildə çirkab su təmizləyici qurğu inşa edilmiş, hazırda abonentlərin xəttə qoşulmasına başlanılmışdır.
Əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün 2016-cı ildə Xəlilli, Külüllü, Hapıtlı, Qalagah, Mollaisaqlı, Topçu və Qalınçaq kəndlərinin hər birində bir ədəd olmaqla subartezian quyuları qazılmışdır. Quyular yaxın vaxtlarda istismara veriləcək. Kürdmaşı kəndində bir subartezian quyusu bərpa edilmişdir.
Hələ də bir çox yaşayış məntəqələrinin, iri kəndlərin su problemi öz həllini gözləməkdədir.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. Nəqliyyat sektorunda yük daşınması 2 milyon 199 min ton olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artıqdır.
“İsmayıllı Avtonəqliyyat” ASC 2016-cı ildə də nəqliyyat sektorunda fəaliyyətini günün tələbləri səviyyəsində qurmuş, şəhərdaxili marşrutlarda sərnişin daşınmasını yaxşılaşdırmaq üçün tədbirlər görmüşdür. Sərnişin avtobuslarının işində yaranmış müsbət dəyişiklikləri əhali razılıqla qarşılayır.
Rayon Kommunal Müəssisələri Kombinatı 335 min kv.metr sahəsi olan küçə və meydanlara, 25,8 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirir. 2016-cı ildə yerinə yetirilmiş kommunal xidmətlərin həcmi 528,6 min manat olmuşdur. İl ərzində 20,5 min kubmetr bərk məişət tullantıları poliqona daşınaraq zərərsizləşdirilmişdir. Lakin qeyd etmək istəyirəm ki, kommunal işi şəhərin tam ərazisini əhatə etmir.
İsmayıllı şəhərindəki kommunal binalar İsmayıllı Mənzil İstismar Sahəsinin balansında və xidmətindədir. Mənzil İstismar Sahəsi 45 çoxmərtəbəli və 87 birmərtəbəli yaşayış binasında yerləşən 977 mənzildə yaşayan əhaliyə mənzil-kommunal xidməti göstərir. Xidmətdə olan mənzillərin 733-ü tam özəlləşdirilmiş, 244 mənzil isə qeyri-özəldir.
2016-cı ildə çoxmərtəbəli yaşayış binalarında əsaslı və cari təmir işləri görülmüşdür. Belə ki, şəhərin Ə. Mahmudov küçəsində yerləşən 4 nömrəli, Nizami Gəncəvi küçəsində yerləşən 23 nömrəli ikimərtəbəli 16 mənzilli və Ə. Ələkbərzadə küçəsində yerləşən 3 nömrəli dördmərtəbəli 16 mənzilli yaşayış binasında 1282 kv.metr dam örtüyü əsaslı təmir edilmişdir.
M.F.Axundov küçəsi 21 və 34 ünvanlarda yerləşən iki ədəd üçmərtəbəli 16 mənzilli, Ə.Mahmudov küçəsi 14 ünvanda yerləşən ikimərtəbəli 16 mənzilli və V.Osmanov küçəsi 1 ünvanında yerləşən dördmərtəbəli 48 mənzilli ictimai yaşayış binasının dam örtükləri cari təmir olunmuşdur.
2016-cı ildə əhaliyə 6656 manat həcmində mənzil-kommunal xidmətləri göstərilmişdir.
İsmayıllı şəhərində ümumilikdə 235 mənzildən ibarət 7 yaşayış binasında istilik sistemi quraşdırılmışdır. Əvvəlki illərdə tikilmiş qazanxanalar normal fəaliyyət göstərir. Həmin binalarda əhalinin istilik enerjisi ilə təchizatında problem yoxdur.
Bütün bunlarla yanaşı bu sahə üzrə problemlər də mövcuddur. Çoxmənzilli binaların qızdırılması üçün yeni qazanxanaların tikilməsi vacib bir məsələ kimi qarşıda durur.
İsmayıllı Telekommunikasiya Qovşağı il ərzində 451 mənzilə yeni telefon xətti çəkmiş, 807 abunəçinin isə telefon xətti yenidən bərpa olunmuşdur. İsmayıllı şəhərinin məcburi köçkünlər üçün yeni salınmış məhəlləsində 2016-cı ildə 128 nömrəlik elektron ATS quraşdırılmış, 2,4 km fibro-optik kabel xətti çəkilmişdir. 48 portluq DSLAM avadanlığı quraşdırılaraq abonentlərin genişzolaqlı internet xidmətindən istifadəsi təmin olunmuşdur.
Hesabat dövründə 966,7 min manat gəlir əldə edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 68,6 min manat çoxdur.
İsmayıllı Poçt filialı bir müştəri xidməti, bir şəhər və 25 kənd poçt şöbələri vasitəsi ilə əhaliyə və təşkilatlara poçt, bank-maliyyə xidmətləri göstərir. İllik tarif gəlir proqnozu 233,7 min manata qarşı 256,5 min manat və ya 107,7 faiz yerinə yetirilmişdir. Bu da əvvəlki illə müqayisədə 31,9 min manat çoxdur.
Əhaliyə göstərilən poçt xidmətləri 183,5 min manat proqnoza qarşı 188,6 min manat və ya 102,8 faiz, bank maliyyə xidmətləri 72 min manat proqnoza qarşı 82,1 min manat və ya 114 faiz yerinə yetirilmişdir.
12 aprel 2016-cı il tarixdən etibarən rayonda Ərazi Kənd Təsərrüfatı İdarəsi formalaşmağa başlamış, mütəxəssislər işə qəbul edilmişdir. İdarə üçün inzibati bina tikilib istifadəyə verilmişdir.
Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahə iki mühüm istiqamətdə - bitkiçilik və heyvandarlıq sahələri üzrə inkişaf etdirilir. 2016-cı ilin məhsulu üçün ötən ilin payızında 29416 hektar sahədə payızlıq dənlilər, 2016-cı ilin yazında isə 2996 hektar sahədə yazlıq bitkilər olmaqla cəmi 33252 hektar sahədə əkin aparılmışdır. Bu da əvvəlki illə müqayisədə 450 hektar çoxdur.
Taxılçı fermerlərimiz 29886 ha sahədən 102303 ton məhsul əldə etmiş, hər hektardan 34,2 sentner məhsuldarlıq əldə olunmuşdur. Bu göstərici respublika üzrə məhsul istehsalına görə səkkizinci, məhsuldarlıq göstəricisinə görə beşinci, dəmyə şəraitdə taxıl yetişdirən rayonlar arasında isə birincidir. 2015-ci il rayon üzrə daha yüksək 35,7 sentner məhsuldarlıq əldə olunmuşdur. 2016-cı ildə məhsuldarlığın aşağı düşməsinin əsas səbəbi iyun ayında yağan leysan yağışları nəticəsində baş vermiş daşqının 160 ha taxıl sahəsini tamamilə yararsız hala salması, 933 hektar sahəyə isə qismən ziyan vurması olmuşdur.
Keçən il rayonumuzda tütün əkini və baramaçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Qurbanəfəndi, Topçu, Qalınçaq və Təzəkənd kəndlərində 5 ha sahədə tütün əkini aparılmış, 3348 kq qurudulmuş tütün Şəki şəhərində fəaliyyət göstərən “İlham M” MMC-ə təhvil verilmişdir.
Vaxtilə rayonumuzda geniş yayılmış baramaçılığın bərpası istiqamətində də ilk addımlar atılmışdır. Belə ki, ötən ilin may ayında “Şəki İpək” ASC-dən 760 qram barama gətirilərək kümçülərə paylanılmış və bu sahə ilə məşğul olan 30 ailə 897 kq barama təhvil verərək 1 ay müddətinə 7200 manat gəlir əldə etmişdir. Diyallı, Talıstan, Topçu, Cülyan, Sumağallı, İsmayıllı şəhər nümayəndəlikləri bu mühüm kompaniyada fərqlənmişlər.
Rayon üzrə 2016-cı ildə əvvəlki illə müqayisədə 109 hektar artıq olmaqla 894 hektarda kartof əkilmiş və 8 hektar artıq olmaqla 809 hektarda tərəvəz bitkilərinin səpini aparılmışdır. Beləliklə rayon fermerləri 2015-ci illə müqayisədə 2016-cı ildə 2880 ton artıq kartof və 180 ton artıq tərəvəz məhsulları istehsalına nail ola bilmişlər.
İlk dəfə olaraq Talıstan, Cülyan və Kürdmaşı kəndlərində 165 ha sahədə sənaye üsulu ilə kartof əkilmiş, əkin üçün toxum Almaniya, Hollandiya və Rusiyadan gətirilmişdir. Aparılan aqrotexniki tədbirlərin nəticəsində bol məhsul əldə olunmuş, hər hektardan 45-50 ton kartof tədarük edilmişdir. Növbəti ildə daha çox sahədə sənaye üsulu ilə kartof əkini nəzərdə tutulmuşdur.
2016-cı ildə əvvəlki illə müqayisədə 10 istixana artırılaraq istixanaların sayı 61-ə çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar 2016-cı ildə 7510 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 28439,8 hektar əkin sahəsinə görə 2 milyon 193 min 789 manat yardım verilmişdir.
Hesabat dövründə 500 hektar sahədə yeni fındıq bağları salınmışdır. Hazırda proses davam etdirilir.
Keçən il Qalınçaq kəndində 11 hektar sahədə intensiv tipli meyvə bağları salınmışdır. Rayon əhalisinin məşğulluğunda və gəlirlərinin artırılmasında mühüm əhəmiyyət kəsb edən meyvə bağlarının sahəsi 535 hektar artırılaraq 2016-cı ildə 1700 hektara çatdırılmışdır.
2012-2016-cı illərdə 300 hektar sahədə süfrə sortlarından ibarət yeni üzüm bağları salınmışdır. Bar verən 888.2 hektar üzüm bağından hesabat ilində 2120.8 ton məhsul toplanmış, məhsuldarlıq 23.9 sentner təşkil etmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə verilməsi üçün “Aqrolizinq” ASC və “Aqrokimya” MMC-nin xətti ilə 1836 tondan artıq mineral gübrə gətirilmişdir. Bunun 1189 tonunu azotlu, 646 tonunu isə fosforlu gübrələr təşkil etmiş, istehsalçılara 2450 litr herbisid satılmışdır. 2017-ci ilin məhsulu üçün 700 ton azotlu gübrə tədarük olunmuşdur.
01 yanvar 2017-ci il tarixə rayon üzrə 51624 baş iri buynuzlu, 180455 baş xırda buynuzlu heyvan, 277416 baş quş və 7040 arı ailəsi vardır. İl ərzində rayon üzrə 5327 ton diri çəkidə ət, 34891 ton süd, 9 milyon 247 min ədəd yumurta, 397 ton yun istehsal olunmuşdur. Beləliklə əvvəlki illə müqayisədə rayon üzrə 17 baş iri buynuzlu, o cümlədən 10 baş ana mal, 96 baş xırda buynuzlu heyvan, eləcə də 11 ton ət, 23 ton süd, 91 min ədəd yumurta və 1 ton yun artmışdır.
01 yanvar 2017-ci il tarixə rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi faktiki qiymətlərlə 80112,0 min manat təşkil etmişdir ki, bunun 41563,9 min manatı bitkiçilik məhsullarının, 38548,1 min manatı isə heyvandarlıq məhsullarının payına düşür. 2799 baş iribuynuzlu qara malda süni mayalanma aparılmış, nəticədə 1381 baş yüksək məhsuldarlıq göstəricilərinə malik cins buzov və balaq alınmışdır.
Arı ailələrinin sayı 7040-a çatdırılmışdır ki, bu da keçən illə müqayisədə 890 arı ailəsi çoxdur. Son illər Bakı şəhərində keçirilən respublika arıçılıq məhsullarının sərgi-satış yarmarkasında rayon arıçılarının iştirakı təmin edilmişdir.
Hesabat ilində rayonda ekoloji mühitin saflaşdırılması məqsədilə 29000 ağac əkilmiş, onlara aqrotexniki qulluq göstərilmişdir.
Rayonda kənd təsərrüfatı təyinatlı torpaqların su təminatının yaxşılaşdırılması üçün rayonun Xəlilli, Külüllü, Mollaisaqlı, Hapıtlı, Qalagah, Topçu və Qalınçaq kəndlərində yeni artezian quyuları qazılmışdır.
2016-cı il ərzində suvarmanı mütəşəkkil keçirmək məqsədi ilə hidrometrik post və 40 hidrotexniki qurğu cari təmir olunmuşdur. 329 min kubmetr suvarma kanalı lildən təmizlənmişdir. Daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcrasının təmizlənməsi işində 248 min kubmetr ekskavator işi, 446 min kubmetr buldozer işi görülmüşdür. Daşqın və selə qarşı mübarizə üçün sahilbərkitmə işləri 520 kubmetr təşkil etmişdir. Suyun pullu satışından 11900 manat vəsait daxil olmuşdur.
Baytarlıq idarəsi tərəfindən mütəmadi olaraq profilaktiki dezinfeksiya tədbirləri həyata keçirilmişdir. 2016-cı ildə rayon ərazisində heç bir yoluxucu xəstəlik baş verməmiş, rayon ərazisi epizootik cəhətdən sağlam olmuşdur.
11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən rayon üzrə 85 akt, 25 protokol və 6 ədəd icrası məcburi olan göstəriş verilmiş, ətraf mühitə atılan tullantılara görə 56 hüquqi və fiziki şəxsə 15200 manat ödəmə verilmişdir.
Girdiman çayına çirkab sularının axıdılması faktı aşkar olunmuş, obyektlərin sahiblərinin hər biri 900 manat məbləğində cərimə olunmuşdur. Lakin karxanalarla bağlı vəziyyət heç də qaneedici deyil. Odur ki, tədbirlər davam etdirərək Şöbə mövcud karxanaların fəaliyyətini bir daha təhlil etməli və ehtiyac olduqda qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyən karxanaların bağlanması üçün vəsatət qaldırılmasını təmin etməlidir.
İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ötən il ərzində 40 ha sahədə meşə əkini, 20 ha sahədə isə meşə səpini aparmışdır. Bundan əlavə 360 ha sahədə isə təbii meşə bərpasına köməklik tədbirləri həyata keçirilmişdir. Müəssisənin tinglik sahəsində 2,0 ha sahəyə toxum səpilmiş, 0,5 ha ərazidə çiling kökləndirmə tədbirləri yerinə yetirilmişdir. Meşə yanğınlarının baş verməsinin qarşısını almaq məqsədi ilə 25 km yanğına qarşı minerallaşdırılmış yanğın zolağı yaradılmış, 20 km köhnəlmiş zolaqlar təmir edilmişdir.
Müəssisədə 2016-cı ildə əhalinin, müəssisə və təşkilatların yanacaq odun materialına olan ehtiyaclarını ödəmək məqsədi ilə 940.0 m3 oduncaq istehsal edilmiş, məktəblərə, uşaq bağçalarına, xəstəxanalara, hərbi hissələrə və əhaliyə verilmişdir.
Zəngin təhsil və ziyalılıq ənənələri olan İsmayıllıda Dövlət təhsil siyasəti uğurla həyata keçirilir. Rayonda fəaliyyət göstərən 80 ümumtəhsil məktəbində 12060 nəfər şagird təhsil alır. Müəllimlərin sayı 1512 nəfərdir.
Hesabat ilində şəhər 7 nömrəli tam orta məktəbin idman zalı, şəhər 6 nömrəli tam orta məktəbin ibtidai sinif otaqları və idman zalı, şəhər 5 saylı tam orta məktəbin dəhlizinin döşəməsi və sinif otaqları, idman zalı, Basqal qəsəbə tam orta məktəbinin idman zalı, dəhlizinin döşəməsi və s. təmir olunmuşdur. Bundan əlavə Qalacıq, Uştal, İstisu, Bizlan, Qıçatan məktəblərində bir sıra təmir işləri aparılmış, su xətləri çəkilmiş, elektrik təsərrüfatında təmir və bərpa işləri yerinə yetirilmişdir. Qubaxəlilli kənd tam orta məktəbində iş adamının vəsaiti hesabına əsaslı təmir işləri aparılmışdır.
Hesabat ilində noyabr ayının 27-28-də İsmayıllıda 3 rayonu (İsmayıllı, Qobustan, Şamaxı) əhatə edən diaqnostik qiymətləndirmə aparıldı. Rayonumuzdan 1318 nəfər müəllimi qiymətləndirməyə cəlb edildi. Müxtəlif məktəblərdə çalışan 1278 nəfər imtahanlarda yüksək nəticələr göstərərək keçid balı yığa bildilər. 40 nəfər üzürlü səbəbə görə qiymətləndirmədə iştirak edə bilməyən müəllim növbəti ildə imtahanlara cəlb olunacaqdır.
Təhsilə göstərilən yüksək səviyyəli dövlət qayğısı öz müsbət nəticələrini verməkdədir. “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə” Dövlət Proqramının uğurlu həllinin nəticəsidir ki, gənclərimiz öz istedad və bacarıqlarını, əldə etdikləri bilikləri daha qabarıq nümayiş etdirə bilirlər.
Təhsildə qazandıqları yüksək nəticələrə görə şəhər 1 və 5 nömrəli, Cülyan kənd tam orta məktəblərinin 3 nəfər şagirdi orta məktəbi Qızıl medalla bitirmişdir.
Keçən tədris ilində rayonun ümumtəhsil məktəblərini 885 nəfər bitirmiş, onlardan 480 nəfəri ali məktəblərə tələbə qəbulunda iştirak etmiş, 300 nəfərdən çox məzun tələbə adını qazanmışdır. Onlardan bir nəfəri 700 bal, 28 nəfəri 600-dən yuxarı, 46 nəfəri isə 500-600 arasında bal toplamışdır. Son illərdə 10 nəfər məzunumuz Prezident təqaüdünə layiq görülmüşdür.
Qəbul imtahanlarında yüksək bal toplamış məzunların şərəfinə rayonda bayram tədbiri keçirilmiş, 700 və 600-dən yuxarı, həmçinin 500-600 arasında bal toplayanlar Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunmuş, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
İsmayıllı Peşə Tədris Mərkəzində 13 qrup üzrə 245 nəfər şagird təhsil alır. 2016-cı ildə 11 qrup üzrə 201 nəfər şagird məktəbi bitirərək müxtəlif peşələrə yiyələnmişlər. Doqquz nəfər məzun təhsilini davam etdirərək respublikanın universitetlərinə və orta-ixtisas kolleclərinə daxil olmuşlar. Mərkəzi bitirən məzunların 2013-cü ildə 28 faizi, 2014-cü ildə 32 faizi, 2015-ci ildə 34 faizi, 2016-cı ildə isə 36,5 faizi işlə təmin olunmuşdur.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil və tərbiyə işi müasir təhsilin tələbləri əsasında, ənənəvi və kredit sistemi ilə dövlət standartına uyğun qurulmuşdur. Burada 2016-2017-ci tədris ilinin tələbə qəbulu da daxil olmaqla hal-hazırda 10 ixtisas üzrə 34 qrupda 41 rayondan 487 nəfər tələbə təhsil alır. Öz binası olmadığı üçün Kollec fəaliyətini Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinin istifadə olunmayan binasında davam etdirir. Kollec üçün müasir infrastruktura malik binanın tikilməsi əsas vəzifələrimizdəndir.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün son illər İsmayıllı rayonunda da əsaslı tədbirlər həyata keçirilmişdir. 2016-cı ilin fevral-may aylarında Respublikada aparılan dispanserizasiya İsmayıllıda da uğurla həyata keçirilmiş, müvafiq komissiya və işçi qrupu yaradılaraq tibbi müayinəyə cəlb edilmişdir. Əhalinin müxtəlif qrupları üzrə 69308 nəfər müayinədən keçmiş, onlardan 1386 nəfəri ambulator, 204 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 53 nəfər Bakı şəhərinə müxtəlif müalicə mərkəzlərinə göndərilmişdir.
Əhalinin hər on min nəfərinə 14 həkim, 38 orta tibb işçisi, 22 çarpayı düşür. 2016-cı il ərzində rayon üzrə 2583 çarpayı günü, 2625 stasionar, 183459 ambulator qəbul olmuşdur. 2016-cı ildə 117 nəfər onkoloji xəstə ilkin dispanser qeydiyyatına götürülmüşdür. 483 nəfər vərəmli xəstə, 1306 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır.
2016-cı ildə nikaha daxil olan 583 cütlüyün müayinəsi aparılmış, 40 nəfərdə müxtəlif xəstəliklər müəyyən olunmuşdur.
2016-cı ildə 953 nəfər uşaq doğulmuş, 0-1 yaşda 6 nəfər uşaq ölümü qeydiyyata alınmışdır. RMX-nın doğum şöbəsində 615 doğuş qeydə alınmışdır. Bunlardan dördü çoxdöllü doğuş olub, 2016-cı ildə rayon üzrə ümumi ölüm sayı 556 nəfəri əhatə etmişdir.
Kommunal-məişət, ticarət, ictimai-iaşə, sənaye, təhsil və uşaq müəssisələrində GEM tərəfindən sanitariya nəzarəti həyata keçirilmiş, su hövzələrindən, anbarlardan nümunələr götürülərək bakterioloji müayinələr aparılmış, əks epidemik rejimin gözlənilməsi üçün lazımi tədbirlər görülmüşdür.
Bütün bunlarla yanaşı səhiyyə sahəsində ciddi problemlər də mövcuddur. Rayon üzrə 31 həkim, 20 orta tibb işçisi vəzifəsi vakantdır. Vakant ştatlardan çoxu kənd sahə xəstəxanalarına və kənd həkim məntəqələrinə aiddir. Kəndlərimizin bir çoxunda səhiyyə obyekti yoxdur. Yuxarı Cülyan, Çandahar kənd tibb məntəqələri kadr ehtiyacı üzündən fəaliyyət göstərmir. 5 tibb məntəqəsi xüsusi evlərdə yerləşir. Rayonun GEM-də ixtisaslı sanitar həkim kadrları çatışmır, 20 nəfər ali və orta ixtisas təhsilli kadra ehtiyac vardır.
Rayon İcra Hakimiyyətinə edilən müraciətlərin ən çoxu uzunsürən, xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşların müalicə və dərman xərclərinin ödənilməsi ilə bağlıdır. Məlumdur ki, bir çox xəstəliklərdən əziyyət çəkən insanlar yerli səhiyyə şöbələrdə qeydiyyata götürülməklə pulsuz dərmanlarla təmin edilirlər. Səhiyyə müəssisləri həmin xəstələrin psixoloji durumunu da nəzərə almalı, psixoloji yardımlar göstərməlidir. Bu işdə ərazi nümayəndəlikləri də öz köməkliklərini etməlidirlər. Ərazilərində olan xroniki xəstələr barədə məlumatları əldə etməli və dərman təminatını daim nəzarətdə saxlamalıdırlar. Mərkəzi Xəstəxana isə yerlərdə öz fəaliyyətini daha da yaxşılaşdırmalıdır.
2016-cı ildə Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən 200-dən çox mədəni-kütləvi tədbir keçirilmişdir.
Rayon ərazisində 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Bunlardan160-ı dövlət qeydiyyatına alınmış və invertar nömrəsi verilmişdir. Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya, abidələrdən 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. 73 abidə yeni aşkar edilmişdir. Abidələr haqqında məlumatlar, fotolar, disklər hazırlanaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinə təqdim edilmişdir.
Rayonda turizmin inkişafı ilə bağlı müxtəlif layihələrin icrasına başlanmış, müəyyən işlər görülmüşdür. Hazırda rayon ərazisində 23 istirahət mərkəzi fəaliyyət göstərir. İstirahət mərkəzlərində 1143-dən çox yataq yeri vardır. Son illər rayona gələn turistlərin sayı xeyli artmışdır. 2014-cü ildə bu rəqəm 96 min, 2015-ci ildə 99540 nəfər idisə, 2016-cı ildə 101755 nəfərə çatmışdır. Şəhərin mərkəzi meydanında “Turist bazarı” tikilib istifadəyə verilmiş, 2016-cı ildə fəaliyyətə başlamışdır.
Rayon uşaq incəsənət məktəbində tədrisin təşkili üçün normal şərait yoxdur, maddi baza çox zəifdir, köhnə və uyğunlaşdırılmamış binada fəaliyyət göstərir. Rayonda uşaq incəsənət məktəbi üçün yeni və müasir tipli binanın tikilməsinə ciddi ehtiyac vardır. Kadrların çoxu orta-ixtisas təhsillidir.
2015-ci ildə müvafiq tədbirlər görməklə əmək haqqı borcları minimuma endirilsə də 16 min manat borc 2016-cı ilə, həmin məbləğdə də 2017-ci ilə keçmişdir. Hazırda mədəniyyət sahəsində islahatlar getməkdədir. Yerlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əksəriyyətində kadrlar ixtisassızdır. Sözsüz ki, bu halda peşəkar səviyyədə fəaliyyətdən, insanların mədəniyyətə marağının yaradılması işinin təşkilindən danışmağa dəyməz. Kitabxanaların fəaliyyəti də hamıya bəllidir. Mədəniyyətə, kitaba maraq yaratmaq bacarığı olan insanlar mədəniyyət sahəsinə işə qəbul edilməlidir.
Rayonda 47 yaşayış məntəqəsində 879 ailə olmaqla 3507 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Onlar dövlətin nəzərdə tutduğu bütün imtiyazlardan lazımınca istifadə edirlər. Məcburi köçkünlərin problemlərinin həllində Rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatlar yaxından iştirak edir, onlara yardımçı olur. Vaxtaşırı onlarla görüşlər keçirilir, problemlərinin həllinə yardım göstərir.
2016-cı il ərzində Rayon Gənclər İdman İdarəsi tərəfindən 63 tədbir keçirilmişdir. Onlardan 8-i respublika, 4-ü region, 51-i rayon miqyaslı tədbirlər olmuşdur. İdman sahəsi üzrə 134 tədbir keçirilmişdir ki, onlardan 17-si respublika, 6-sı beynəlxalq, 111-i isə rayon miqyaslı tədbirlər olmuşdur. Gənclər və idman sahəsində keçirilən tədbirlərdə 14 minə yaxın gəncin iştirakı təmin olunmuşdur. İdmançılarımız regional, Respublika və Beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış etmişlər.
2016-cı ilin iyun ayında Soçi şəhərində poverliftinq üzrə keçirilən yarışda idmançımız Kamil Qafarov ikinci, Gürcüstan Respublikasının Batumi şəhərində Qoju-ryu karate idman növü üzrə Avropa Çempionatında İlkin Qarayev üçüncü yer tutmuşlar.
Beynəlxalq Həvəskarlar Federaiyasının təşkilatçılığı ilə Rusiyanın Medin şəhərində 14-17 yaşlı oğlanlar və qızlar arasında keçirilən universal döyüş üzrə dünya birinciliyində respublikanı təmsil edən rayonumuzun idmançısı Eşqin Əsgərov II yerə layiq bilinmişdir. Bolqarıstanda qol güləşi üzrə 38-ci dünya çempionatında idmançımız Şahlarlı Toğrul üçüncü nəticə göstərmişdir.
16-20 dekabr 2016-cı il tarixdə Bakı şəhərində MMA Budo döyüş növləri üzrə dünya kuboku uğrunda yarışlarda idmançılarımızdan Vüsal Əsgərov I yerə, daha 6 idmançımız isə II və III yerlərə layiq görülmüş, fəxri kürsünün ən yüksək pillələrində dayanmışlar.
İsmayıllı gəncləri “Xəmsə” intellktual oyunlarının zona mərhələsində I, “Şahin” hərbi-idman oyunlarının zona yarışlarında II, Azərbaycan Milli çempionatının zona yarışlarında I, “Azərbaycan intellektual BİR” layihəsinin regional seçim turunda I yer tutmuşlar.
Qeyd etmək istərdim ki, Olimpiya İdman Kompleksində daha bir bölmə, velosiped idmanı bölməsi fəaliyyətə başlamışdır. Velosiped idman növü üzrə rayonda yarışlar, bir sıra yürüşlər keçirilmişdir.
Rayon İcra Hakimiyyəti siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətlərinin önündə görür. Aparılan siyasətin bütün cəhətləri vaxtında və dəqiqliyi ilə ünvanına çatdırılır. Bunun nəticəsidir ki, rayonda ictimai-siyasi mühit getdikcə saflaşır, normal, işgüzar şərait formalaşır, yeni-yeni layihələrin icrası, abadlıq və quruculuq işləri uğurla davam etdirilir.
Rayonda “Heydər Əliyev İdarəetmə Məktəbi” də məhz bu düşüncənin nəticəsi olaraq yaradılıb. Ötən müddətdə məktəbin ayda bir dəfə məşğələsi keçirilib, ulu öndərin zəngin irsi, çoxistiqamətli strategiyası bu məşğələlərdə dərindən öyrədilib.
Heydər Əliyev Mərkəzində müxtəlif qrup vətəndaşlarla görüşlər, ictimai-siyasi tədbirlər keçirilir, peşə bayramları qeyd olunur, xarici ölkələrdən gələn qonaqlar bir qayda olaraq burada qəbul edilir, nikahlar rəsmiləşdirilir.
Mərkəzi 2016-cı ildə 10 minə yaxın ekskursiyaçı ziyarət etmişdir. Bunlardan 1500 nəfəri xarici ölkə vətəndaşı olmuşdur.
Uşaq və Ailələrə Dəstək Mərkəzinə 342 müraciət olmuş, problemli ailələrlə ardıcıl iş aparılmışdır. Dövlət Proqramlarının icrası ilə bağlı 54 tədbir keçirilmiş, tədbirlərdə 4822 nəfərin iştirakı təmin edilmişdir. Məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 23 müraciət olmuşdur ki, bunların da hamısı araşdırılmış, aradan qaldırılmış və nəzarətə götürülmüşdür. Boşanma təhlükəsi olan 8 ailə ilə iş aparılmış və müsbət nəticə əldə olunmuşdur.
İsmayıllıda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ciddi şəkildə gözlənilir. Rayonda tolerantlıq, milli və dini dözümlülük, tolerantlıq, multikulturalizm mühiti hökm sürür.
“Multikulturalizm ili” ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmiş, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsmayıllı filialı və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İsmayıllı Regional “Bilik Evi” açılmışdır.
Rayonda ordu sıralarına çağırış, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılır. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq hərbi xidmətə çağırış planı 100% yerinə yetirilmişdir. Çağırışçı gənclər təntənəli şəkildə hərbi xidmətə yola salınırlar.
2016-cı il ərzində rayon ərazisində rayon hüquq-mühafizə orqanları tərəfindən 117 cinayət hadisəsi qeydə alınmış və onlardan 79-nun açılması təmin edilmişdir.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar baş verən cinayətlərin sayı 12-dən 15-ə yüksələrək 3 fakt artmışdır. Bu halın qarşısının alınması üçün Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə İsmayıllı rayon Komissiyası 2017-ci il ərzində ciddi maarifləndirmə tədbirləri həyata keçirməyi nəzərdə tutmuşdur.
2016-cı ildə İsmayıllı rayonu üzrə 1207 doğum, 530 nikah, 86 nikahın pozulması qeydə alınmışdır.
2016-cı il ərzində Rayon İcra Hakimiyyətinin aid şöbələri müvafiq orqan, idarə və təşkilatlarla birlikdə “Erkən nikaha yox deyək”, “Narkomaniyaya yox deyək”, “İnsan alverinə yox deyək” və s. mövzulu seminarlar, dəyirmi masalar, görüşlər keçirmiş, maarifləndirmə işi aparılmışdır.
RİH-də, idarə və müəssisələrdə işçilərin yaş həddi xeyli cavanlaşmış, dövlət orqanlarına, səhiyyə, təhsil və mədəni-maarif müəssisələrinə, digər idarə və təşkilatlara, özəl sektora, siyasi işlərə və rəhbər vəzifələrə gənc kadrlar irəli çəkilmişdir. Son dörd ildə RİH- də və digər idarəetmə orqanlarında çalışan 8 nəfər gənc Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almağa göndərilmişdir.
2016-cı ildə Rayon İcra Hakimiyyətinin aparatına 1461 vətəndaş müraciəti daxil olmuşdur. Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olmuş müraciətlərin sayı əvvəlki illə müqayisədə 100 ədəd azalmışdır.
2016-cı ildə İsmayıllı RİH-nə dövlət orqanlarından və digər qurumlardan baxılmaq üçün cəmi 365 müraciət-əvvəlki ildən 41 müraciət çox, o cümlədən Prezident Administrasiyasından 303, Milli Məclisdən 15, Nazirlər Kabinetindən 8, Respublikanın digər təşkilatlarından 39, vətəndaşlardan isə birbaşa 1096 əd

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!