• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Yazar Ismayilli
//
17 fevral 2017
//
//
Oxunub 265
//
Hörmətli Mirdaməd müəllim!
2015-ci ilin may ayında baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evlərimiz dağılaraq tamamilə yararsız vəziyyətə düşdü. Hadisədən dərhal sonra evlərimizə baxış keçirildi. Həmin ərazidən köçürülərək bizə lazım olan köməklik göstərildi. Dəyən maddi və mənəvi ziyanın böyüklüyünə baxmayaraq cənab Prezidentimizə olan inamımız bizi ruhdan salmadı. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova      Nə qədər çətin olsa da bu vaxta qədər bütün çətinliklərə dözdük. Hal-hazırda bizim üçün dövlət vəsaiti hesabına yeni yaşayış evləri inşa edilir. Bu bizi çox sevindirir. Biz öz Prezidentimizə minnətdarıq. Dünyada iqtisadi çətinliklərin, böhranların baş verdiyi bir vaxta cənab Prezidentimizin yürütdüyü müdrik siyasətin nəticəsində dövlətimiz inkişaf edir, daim öz vətəndaşının qayğısına qalır. Bizim üçün tikilən bu evlərin yanından ötən hər bir kəs cənab Prezidentimizin hər an öz vətəndaşlarının yanında olduğuna bir daha əmin olur.
Hörmətli Mirdaməd müəllim!
Bizim üçün bu evlərin tikilməsində Sizin də zəhmətiniz az deyildir. Təbii fəakətin baş verdiyi ilk gündən bizə dəstək göstərmisiniz. Aidiyyəti təşkilatlara vəziyyətimiz barədə məlumatlar verib, evlərimizin tikintisinin tezləşdirilməsi üçün az əziyyət çəkməmisiniz. Odur ki, göstərdiyiniz köməkliyə görə Sizə və bu işdə əməyi olan bütün İcra Hakimiyyətinin işçilərinə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla:
Kamran Tapdıqov,
Aisə Məhərrəmova,
İsmayıllı rayonu Xankəndi kənd sakinləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!