Şagirdlərdə müstəqil yazı vərdişlərinin inkişaf etdirilməsı » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Şagirdlərdə müstəqil yazı vərdişlərinin inkişaf etdirilməsı

Təlimdə yeni üsul və texnologiyalardan istifadə geniş vüsət alıb. Bunun nəticəsində dərsdə şagird fəal, müəllim isə passiv tərəf kimi çıxış edir. Bu da imkan verir ki, şagird daha sərbəst olsun, müstəqil iş qursun. Düzdür, bu sərbəstlik mövzudan asılı olaraq ənənəvi dərs üsullarında da var idi, lakin şagirdlərin birlikdə işləyib məqsədə çatması üçün o qədər də əlverişli deyildi. İnteraktiv üsulda fənlərarası və fəndaxili əlaqəni qurmaq daha asan və əlverişlidir.
Əməli yazı orta məktəb proqramında asandan çətinə doğru bütün siniflərdə aparılır. Məlumdur ki, əməli yazı rəsmi üslubun bir hissəsidirsə, bu cür yazı növləri standart formada yazılır, yalnız məzmununa görə fərqlənir. Aydındır ki, ərizə, bildiriş, arayış və s. müəyyən sxem, şablon əsasında yazılır, yalnız lazımi xanalar doldurulur. Lakin əməli yazının bəzi növlərində forma saxlansa da, müəyyən qədər sərbəstlik olur. Məhz məqalə belə yazı növlərindəndir.
Müasir təlim və texnologiyalar imkan verir ki, şagird bu cür yazını daha həvəslə, asan, həm də maraqla yazsın. Bunu X sinifdə apardığım dərsin nümunəsində izah etməyə çalışacağam.
Məqalə yazdırmaq şagirdlərin dünya görüşünü , marağını, intellektual səviyyəsini artırmaq, həm də yoxlamaq üçün bir vasitə ola bilər.
Məqaləni yazdırmazdan əvvəl şagirdləri 4 qrupa bölürəm. Bu şərtlə ki, o qrupda:
a) həm qız, həm oğlan olsun;
b) savadlılıq səviyyəsi müxtəlif olsun;
c) texniki cihazlardan istifadə etmək bacarığı olsun;
d) maraq dairəsi müxtəlif olsun.
Qrupları təşkil etdikdən sonra şagirdlərə dərsin mövzusunu elan edirəm. Şagirdlər Rayonumla fəxr edirəm adlı məqalə yazmalıdırlar.
Şagirdlərlə birlikdə məqalənin planını qururuq. Sonra qruplar üzrə planı (işi) bölüşürük.
1 qrup: İsmayıllı rayonunun tarixi, tarixi abidələri, muzeyləri;
II qrup: Rayonun coğrafi mövqeyi, əhalisi, xəritəsi, baş planı;
III qrup: Rayonun təhsili, mədəniyyəti, iqtisadiyyatı;
IV qrup: Rayonun inkişaf perspektivləri, statistik göstəriciləri.
Görüləcək işlər müəyyən olunduqdan sonra hər bir qrup rəhbəri üzvlər arasında vəzifə bölgüsü aparır. Bu zaman ortaya çıxan mübahisə və çətinliklər aradan qaldırıldıqdan sonra qruplar işə başlayır. Sinif və məktəb daxilində görüləcək işlər aparılır kimi müxtəlif fənlərdən öyrəndiklərini yada salır, kimi də kitabxana və internetdən məlumatlar toplayır. Məktəb daxilində olan işlər bir dərsə yekunlaşır, digər məsələlər inzibati binalar, muzey və parklar, tarixi abidələrin fotosunun çəkilməsini və digər məsələlərin həllini evə tapşırıq kimi verirəm. (Bütün bunlar fənlərarası əlaqənin tətbiqinə imkan verir). Növbəti dərsdə qruplar üzrə toplanan materiallar qrup tərəfindən seçilib məqalə formasına salınır və kompüter vasitəsilə yığılıb çap olunur. Artıq ikinci dərsin sonuna məqalə hazırdır.
Qrup liderləri tərəfindən qrup üzvləri çalışqanlıq dərəcəsinə görə qiymətləndirilir. Əməkdaşlığı isə mən qiymətləndirirəm.
Bütün qruplar məlumatların toplanmasında sıx əməkdaşlıq yaradır. Gündəlik dərsdə passiv iştirak edən şagird belə qrup daxilində olduqca fəal və həvəslı olur. Bütün bunları nəzərə alaraq qrupların əməkdaşlığını 5 balla qimətləndirirəm.
Şagirdlər qərara gəlirlər ki, məqaləni X sinfin aylıq orqanı olan Duyğu yarpaqlarında çap etsinlər.
Eminə Orucova,
A.Aslanov adına İsmayıllı şəhər 2 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter