• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Hesabat yığıncaqlarına hazırlıq

Hesabat yığıncaqlarına hazırlıq

Yazar Ismayilli
//
01 yanvar 2017
//
//
Oxunub 418
//
Dekabrın 29-da Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib.
Tədbirdə İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov, RİH başçısının birinci müavini Rövşən Ağayev, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Hesabat yığıncaqlarına hazırlıqRİH-in başçısı Mirdaməd Sadıqov iclas iştirakçılarını salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. Sonra İƏD üzrə nümayəndələrin və bələdiyyələrin fəaliyyətinə toxunaraq işlərində daha fəal olmağı tapşırıb.
Gündəlikdə duran birinci məsələ ilə əlaqədar RİH başçısı aparatının Əİ və YÖİO ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov 09-27 yanvar 2017-ci il tarixlərdə İƏD üzrə nümayəndəliklərdə 2016-cı ildə görülmüş işlər barədə hesabat yığıncaqlarının təşkili və keçirilməsi barədə danışıb, bu məqsədlə hazırlanmış cədvəli onların diqqətinə çatdırıb. İƏD-lər üzrə nümayəndəliklərin 2017-ci ilin birinci yarımili üçün iş planlarının tərtibi və razılaşdırılması barədə geniş danışaraq müvafiq izahatlar verib.
R.Səmədov sonda cari məsələlər barədə danışıb, İƏD-lər üzrə nümayəndələrə bayram günlərində gücləndirilmiş iş rejimində işləmələri barədə müvafiq tapşırıqlar verib.
Ehtiram Manafov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!