• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İnsan qürur duyduqda

İnsan qürur duyduqda

Yazar Ismayilli
//
01 yanvar 2017
//
//
Oxunub 271
//
Ulu Yaradan bizlərə əvəzolunmaz bir dahini – Heydər Əliyevi bəxş etdi. Bu fenomen insanın alın yazısına xalqının xilaskarı, Azərbaycan adlı qalanın memarı olmaq yazılıbmış.İnsan qürur duyduqdaBu bir həqiqətdir ki, dünya Azərbaycanı Heydər Əliyevin şəxsində, onun böyüklüyündə tanımışdır. Ulu öndərin fədakarlığı, siyasi əzmi ilə üçrəngli bayrağımız mötəbər beynəlxalq təşkilatların önündə əzəmətlə dalğalanmaqdadır.
Heydər Əliyev sözün həqiqi mənasında böyük bir ömür yaşadı. Onun ideyaları, qurub-yaratdıqları isə daha uzunömürlü oldu. O hələ sağlığında əfsanəviləşmiş hakimiyyət ustadı, vətənini, xalqını, dünyanın bütün insanlarını təmənnasız bir sevgi ilə sevən qayğıkeş insan idi.
Heydər Əliyev Azərbaycanın milli-mənəvi ehtiyaclarından və tarixi-siyasi zərurətdən doğulub yetkinləşmiş nəhəng siyasət və dövlət adamıdır. Ümummilli liderimiz dünyanın müxtəlif güşələrinə səpələnmiş soydaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında bir yerə topladı, bir bayraq, bir amal altında birləşdirdi və bir el ağsaqqalı kimi: “Bizim hamımızın bir Vətənimiz var. Bu – Azərbaycandır!” - dedi.
Əbədiyaşar liderimiz, Azərbaycan xalqının dahi oğlu, bütün dövrlərin ən böyük azərbaycançısı Heydər Əliyev haqqında, onun çoxşaxəli, yorulmaz və titanik fəaliyyəti haqqında danışsaq da onun olduqca zəngin həyat fəaliyyətini tam əhatə etmək mümkün deyil.
Görkəmli tarixi şəxsiyyətlər bütün zamanlarda öz xalqlarının ən çətin anlarında cəmiyyətin önündə dayanaraq onu güzgün istiqamətə aparmaq gücündə olan insanlardır.
Şimali Amerikanı Cotc Vaşinqton, fransa xalqını Napoleon, alman xalqını Bismark, qardaş türk xalqını Mustafa Kamal Atatürk məhv olmaqdan xilas etmişdisə, Azərbaycan xalqının tarixində bu əvəzsiz missiyanı ölməz tarixi şəxsiyyət Heydər Əliyev çox məharətlə yerinə yetirdi. O, öz misilsiz fəaliyyəti ilə müstəqil Azərbaycan Respublikasının əsasını qoydu.
Müdrik rəhbərimiz qısa vaxt ərzində respublikada yaranmış vətəndaş müharibəsinin, xaosun, hakimiyyət boşluğunun, siyasi-iqtisadi iflasın, kriminal gərginliyin qarşısını almağa müvəffəq oldu. Həm dahili, həm də xarici mənfur planların qarşısını aldı. Dövlət və ordu quruculuğu proseslərini sürətləndirdi. Ölkəmizin davamlı iqtisadi inkişafının əsasını qoydu. Ən əsası isə müstəqil Azərbaycan dövlətini məhv olmaqdan qurtardı.
Heydər Əliyev bütün dövrlərin ən böyük azərbaycanlısı və müstəqil Azərbaycan Respublikasının memarıdır. Mənsub olduğu xalqın böyük xilaskarı, doğulduğu ölkənin yaradıcısı, mahir diplomat, gözəl natiq, siyasət elminin böyük qrossmeysteri, milli dövlətçilik konsepsiyamızın yaradıcısıdır Heydər Əliyev. Ulu öndərimizin Azərbaycan üçün göstərdiyi xidmətlərin həcmi Azərbaycanın xəritəsi boydadır.
Heydər Əliyevlə birgə Azərbaycana ədalət, qətiyyət, məğrurluq, həqiqi sərkərdə, əsl insan qayıtmışdı. O, sözün həqiqi mənasında universal zəka sahibi idi. Onun incəliyinə qədər bilmədiyi məsələ, dərinliyinə qədər nüfuz etmədiyi sahə, öhdəsindən gəlmədiyi problem yox idi.
Heydər Əliyev şəxsiyyəti o qədər yüksələ bilmişdi ki, bu gün Azərbaycan deyəndə gözümüz önünə tariximizin ən böyük azərbaycanlısı, yüksək təfəkkür sahibi, xalqımızın xilaskarı və rəhbəri, Ümummilli lider gəlir. Ulu öndər tariximizin və milli varlığımızın əsas qayəsi, ucalıq və əlçatmaz zirvəsidir.
Bu gün biz qürur hissi keçiririk ki, böyük Heydər Əliyevin həyatı bahasına qurulmuş bu dövlətin idarəçilik sükanı çox etibarlı bir insanın, onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin əlindədir. Sanki ona Ulu öndərin ruhu hopub. Axı ot kökü üstə bitər. Onun yürütdüyü daxili və xarici siyasət milli dövlətçilik ideologiyamıza sədaqətli xidmətin bariz nümunəsdir. İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan dövlət xadimidir. İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. O, peşəkar siyasətçidir.
İlham Əliyev Azərbaycan dövlətçiliyinin qorunub saxlanması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. O neft strategiyasının hazırlanmasında və gerçəkləşdirilməsində, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Prezident İlnam Əliyevin gərgin əməyi nəticəsində, qısa müddət ərzində Azərbaycan idmanı ayağa qalxmış, dünya şöhrəti qazanmışdır. Bu, İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının böyük siyasi qələbəsidir.
Ümummilli liderimiz dünyasını dəyişəndə də xalqını düşündü. Azərbaycan xalqının taleyini etibarlı əllərə tapşırdı.
Bu gün biz ismayıllılar çox sevinirik ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıllıya rəhbərlik edən Əməkdar elm xadimi Mirdaməd Sadıqov Ulu öndərin ideyalarına sədaqət nümayiş etdirərək doğma rayonumuzu da inkişaf edən bölgələr sırasına çıxarmışdır. İdarəetmənin etibarlı əllərdə olması qürurverici hissdir. İnsan qürur duyduqda güclü, fərəhli və xoşbəxt olur.
Şəmsiyyə Əhmədova,
Diyallı kənd tam orta məktəbinin direktoru

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!