• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xalq rəhbərinə sevgisini əsirgəmir

Xalq rəhbərinə sevgisini əsirgəmir

Yazar Ismayilli
//
01 yanvar 2017
//
//
Oxunub 392
//
Sözə böyük mütəfəkkir Viktor Hüqonun bir fikri ilə başlamaq istəyirəm. O yazırdı: “Dünyada bütün ordulardan daha güclü olan bir qüvvə var - bu, vaxtı, zamanı yetişən ideyadır. Dövlətlərin yaranması prosesində müsbət yüklü ideya və məramlar həqiqətən də, təkanverici amil qismində çıxış etmişdir. Xalq rəhbərinə sevgisini əsirgəmir Fikir doğurdan da dünya dövlətləri tarixində, o cümlədən Azərbaycan dövlətinin yaranmasında da öz təsdiqini tapmışdır. Ötən əsrin 80-ci illərində keçmiş ittifaqın iqtisadi və siyasi baxımdan iflasa uğraması Azərbaycanda da təhtəlşüurda qorunub saxlanılmış milli ideyanı – milli müstəqilliyi bərpa etməyə imkan yaratmışdır. Tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin təlim səviyyəsinə yüksəlmiş ideologiyası Azərbaycanda dövlətçiliyə əbədi və dönməz xarakter vermişdir. Azərbaycan xalqının əldə etdiyi müstəqillik dəyişməz milli hədəfdir.
Bu gün Azərbaycan Respublikası böyük adddımlarla irəliyə gedir, çoxlu nailiyyətlərə imza atır, dünyada tanınır, beynəlxalq forumlarda təmsil olunur, beynəlxalq tədbirlərdə ev sahibliyi edir. Bütün bunlar məhz Azərbaycan dövlətinin uğurudur. Möhtərəm Prezident İlham Əliyev çıxışlarının birində bu məsələni xüsusi vurğulayır: “Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Azərbaycan xalqı sosial rifah və təhlükəsizlik şəraitində yaşamalıdır. Görülən bütün işlərin məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq. Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir və bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir”.
Prezident İlham Əliyev Azərbaycanda demokratik, hüquqi və eyni zamanda dünyəvi dövlət quruculuğu prosesində iştirak edir. Bu fəallıq Azərbaycan gəncliyinə boyük inam verir və bu inam da Azərbaycan gəncliyinin gələcəyidir.
Məşhur amerikalı filosof Frensis Fukuyamanın fikrincə, “Güclü dövlət qurulması dünya birliyinin ən mühüm problemlərindən biridir. Çünki dövlətlərin zəifliyi və dağılması dünyanın çoxsaylı ən ciddi problemlərinin mənbəyidir”. Bu fikir aktuallığını itirməmişdir. Hazırda dünyanın bir sıra nöqtələrində, xüsusilə, Yaxın Şərqdə baş verən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Müəyyən beynəlxalq güclər öz maraqları naminə bir sıra dövlətlərin daxilində vəziyyəti ifrat dərəcədə gərginləşdirmiş və hazırda acınacaqlı durum yaratmışdır. Belə bir vəziyyətdə Azərbaycan ictimai – siyasi sabitliyin qorunması baxımından dünya üçün bir nümunəyə çevrilib. Cəmiyyətdə sabitliyin, müntəzəm və davamlı inkişafın təmin edilməsində şəxsiyyətlərin, milli liderlərin rolu əvəzolunmazdır.
Azərbaycan xalqı 1993-cü və 2003-cü illərdə öz milli liderlərini dövlətə rəhbər seçməklə taleyini etibarlı əllərə verdi. Əhməd bəy Ağaoğlunun təbirincə desək, könül xoşluğu ilə olan sevgi rəhbər – xalq münasibətlərində yüksək etibarla davam edir, rəhbər xalqın etimadını şərəflə doğruldur, xalq isə rəhbərinə olan sevgisini ondan əsirgəmir.
Yaşasın Azərbaycan dövləti!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycanın Prezidenti!
İsmayıl Tarverdiyev,
İsmayıllı Rayon Mənzil İstismar Sahəsinin rəisi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!