İnsan alverinə dair seminar başa çatıb » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

İnsan alverinə dair seminar başa çatıb

13 dekabr 2016-cı il tarixdə Beynəlxalq Miqyaslı Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi Bakı şəhərində QHT-lər və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə insan alveri və əməyin istismarı hallarının monitorinqi, onların müəyyən edilməsi, onlara dair məlumat verilməsi və zərərçəkmişlərin yönəldilməsi istiqamətlərində seminar-təlim təşkil edilib. İnsan alverinə dair seminar başa çatıbTəlimdə Regional İnsan Hüquqları və Media mərkəzi, “Təmas” Regional İnkişaf ictimai birliyi, Azərbaycan Uşaqlar Birliyi, “Təmiz Dünya” ictimai birliyi, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Dəstək ictimai birliyi, Milli QHT Formunun Quba Resurs Mərkəzi, “Marifpərvərlik” Azərbaycan gənclərinin İctimai Yardım Assosiasiyası ( MAGİYA), Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bakı, İsmayıllı, Mingəçevir, Oğuz media qurumlarından jurnalistlər və digər təşkilatlar iştirak ediblər.
Seminarda İsmayıllını Azərbaycan Jurnalistlər Birliyinin üzvü, bu sətirlərin müəllifi Elnarə Qasımova təmsil edib.
Seminarın sessiyaları beynəlxalq ekspertlər xanım Güngör Çabuk və prof. Dr. Süleyman İrvan və yerli ekspert Rahib Kərimov tərəfindən təqdim edib. Müzakirə edilmiş mövzulara insan alverinin fenomeni, insan alveri və insan qaçaqçılığı arasındakı fərq, insan alverinə dair məqalələrin yazılması zamanı media tərəfindən əməl edilməli etik məsələlər, vətəndaş cəmiyyəti və media arasında əməkdaşlıq, Beynəlxalq Miqrasiya Hüququ və digər məsələlər interaktiv şəkildə müzakirə edilib. İştirakçıların bu sahə üzrə bilik və məlumatlarını genişləndirmək məqsədi ilə qrup işləri təşkil olunub, bu isə qarşılıqlı öyrənməyə töhfə verib.
ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və BMqT tərəfindən icra edilən “Azərbaycanda potensialların və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi - IV faza” layihəsi çərçivəsində təşkil edilib. 16 dekabr 2016-cı il tarixində Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə insan alverinə qarşı mübarizəyə həsr olunmuş layihə iştirakçılara sertifikatların verilməsi ilə başa çatıb.
Elnarə Qasımova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter