Elektron lövhələrdən səmərəli istifadə » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Elektron lövhələrdən səmərəli istifadə

Hazırki təhsil sistemimiz cəmiyyətdə baş verən iqtisadi, elmi, texnoloji və s. dəyişikliklərə çevik uyğunlaşmanı təmin edir. Bu dəyişikliklər nəticəsində fəal və bacarıqlı vətəndaş yetişir. Cəmiyyətimizə yararlı, faydalı vətəndaş yetişdirmək yükü ümummilli liderimiz H.Əliyevin sözü ilə desəm dünyada ən yüksək ada malik - təhsil verən, mənəvi dəyərləri aşılayan biz müəllimlərin üzərinə düşür. Elektron lövhələrdən səmərəli istifadəBelə çətin işin öhdəsindən gəlmək üçün müəllim zəngin biliyə, praktik bacarığa malik olmalıdır. Əlbəttə ki, müəllim öz tədris etdiyi fənnini, metodikanı, pedaqogika və psixologiyanı yaxşı bilməlidir. Bu cür bacarıqlara malik olan müəllim təlimdə yüksək pedaqoji ustalıq nümayiş etdirə bilir.
Pedaqoji fəaliyyətim dövründə özündə əsl müəllim keyfiyyətlərini daşımağa çalışan, daim yenilikdə olan bir öyrədən kimi işləməyi özümə borc bilmişəm. Təhsildə kurikulum islahatı aparılması və həyata keçirilməsi zəruri hesab edildiyi vaxtdan mən də öz pedaqoji fəaliyyətimi tam bu istiqamətdə qurmuş, pedaqoji ustalığımı artırmağa can atmış və öz işimdə istifadə etməyə çalışmışam.
Təhsildə aparılan dəyişikliklərin nəticəsində İKT-nin təlim prosesində tətbiq olunması ənənəvi təlimdən çox fərqli olan tamam başqa bir öyrədici mühitin yaradılmasına səbəb oldu. Məlumdur ki, məktəbimiz 2009-cu ildən reallaşdırılmasına başlanmış “Elektron Məktəb” layihəsində 50 təhsil müəssisəsindən biridir. Bu layihənin məqsədi informasiya – kommunikasiya texnologiyalarının geniş və hərtərəfli istifadəsidir. Bu istifadənin bir tərəfi də elektron lövhələrdir. Hər kəsə məlumdur ki, kiçik yaşlı şagirdlər kompyüterdə işləməyi tez və sevə-sevə öyrənirlər.
Onlar üçün elektron lövhədə işləmək daha maraqlıdır. Əvvəlcədən hazırladığım interaktiv tapşırıqlar, təlim resursları və s. nəticəsində dərslərim daha maraqlı, məzmunlu və cəlbedici olur. Bunu deyə bilərəm ki, İKT-nin təlim prosesində tətbiqi şagirdlərin bilik səviyyəsinin keyfiyyətinin yüksəlməsinə imkan yaradır. Mənim fikrimcə interaktiv təlim vəsaitlərini hazırlayarkən müəllim daha yaradıcı olmalıdır.
Edumedia – Azərbaycan şirkətinin xətti ilə keçirilən “Prometan lövhələrin tədrisə tətbiqi” kursda iştirak etsəm də ilk vaxtlar prometan lövhədə işləmək mənim üçün çətin idi. Lakin beynəlxalq təhsil saytlarından istifadə etməklə öz üzərimdə işlədim. Polumedianın təhsil layihəsi olan edcommunity.ru saytında AKTİV İNSPİRE proqramı ilə əlaqədar distant kurslarda, vebinarlarda iştirak etmişəm. AKTİV İNSPİRE proqramında təlim resursları hazırlamaq və daha səmərəli istifadə etmək məqsədilə Master Klassdan keçərək sertifikatlar almışam. 2015-ci ildə Moskvanın DİGİTAL – ART müsabiqəsində AKTİVE İNSPİRE proqramında hazırladığım “Vətənimdə payız“ adlı işimlə iştirak edərək II yerə layiq görülərək diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışam . Həmin saytda şəxsi səhifəmdə bir neçə sayda dərs nümunələri də yerləşdirmişəm. Bütün bu sadaladıqlarım mənim elektron lövhədən daha səmərəli istifadə etməyimə çox kömək oldu.
Bu gün sinif otağımda Smart lövhənin olması qurulan dərslərimi daha maraqlı edir. Şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında dəfələrlə keçirdiyim açıq dərslərin də rolu böyükdür. Elektron lövhədə təqdim olunan motivasiyalar, video çarxlar şagirdlərin marağına səbəb olan amillərdəndir. Vizual öyrənmə nəticəcində onların əldə etdikləri bilik daha çox yadda qalır və digər dərslərdə də istifadə olunur.
Məşhur fransız yazıçısı Anatol Fransın fikrinə görə ”Dərs elə qurulmalıdır ki, şagirdin başında başqa fikir, əlində digər məşğuliyyət olmasın”. Mən də tam bu fikrə əsaslanaraq dərslərimə elə yaradıcı yanaşıram ki, dərs zamanı şagirdin fikri yayınmasın, təlimə marağı artsın.
Müasir təlimdə İKT-nin texniki imkanlarından səmərəli istifadə etməklə sinifdə şagirdləri tədqiqatçılığa yönəltməklə hər bir müəllimin peşəkar bələdçiliyi vacibdir və tədris etdiyi fənninin xüsusiyyətlərindən asılı olmayaraq məqsədimiz Azərbaycanın çiçəklənməsinə xidmət edən, milli, bəşəri dəyərləri özündə formalaşdıran şəxsiyyət yetişdirməkdir.
Qüdsiyyə Manafova,
İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi,
metodbirləşmə rəhbəri
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter