Əliyev Bilal Şükür oğlu » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Əliyev Bilal Şükür oğlu

İsmayıllı rayon ictimaiyyətinə, ağsaqqallarına itki üz verib. Böyük Vətən müharibəsi iştirakçısı Əliyev Bilal Şükür oğlu dünyasını dəyişib.
Bilal Əliyev 1915-ci il avqustun 20-də İsmayıllı rayon Qalınçaq kəndində anadan olub. Doğma kənddə ibtidai məktəbi bitirib. Kolxoz quruculuğuna kimi kənddə, ailəyə məxsus özəl su dəyirmanında çalışıb. 1937-ci ildə ailə qurub. 1940-cı il fevralın 5-də ordu sıralarına xidmətə çağırılıb. İkinci dünya müharibəsində 3-cü Belorusiya cəbhəsində zenit-raket divizionunda döyüşüb.Əliyev Bilal Şükür oğlu
Müharibə illərində Moskva şəhərinin müdafiəsi uğrunda döyüşlərdə yaxından iştirak edib.
Müharibə illərində döyüş xidmətlərinə, müharibədən sonra Qələbənin yubileylərinə görə çoxsaylı medallar, orden və nişanlarla təltif olunub.
B.Əliyev müharibə qurtardıqdan sonra yenidən Qalınçaq kəndinə - evinə qayıdaraq kolxozda ferma müdiri, təftiş komissiyasının müdiri, briqadir vəzifələrində çalışıb.
Bilal Əliyevin 2015-ci ildə 100 yaşı tamam oldu. Bu münasibətlə rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə onun yubiley tədbiri keçirildi. Dövlət tərəfindən 100 yaşlı veterana minik avtomobili hədiyyə olundu.
7 övlad atası olan Bilal kişi həyat yoldaşı Ziba xanımla bərabər onların tərbiyəsi ilə yaxından məşğul olub. Övladlarının layiqli vətəndaş kimi böyümələrinə ömür-gün sərf edib.
Əliyev Bilal Şükür oğlu 102 yaşında aramızdan getdi. Lakin onun örnək olan həyat yolu, işıqlı xatirələri bizimlə qaldı.
Bilal babanın əziz xatirəsi onu tanıyanların qəlbində uzun zaman yaşayacaqdır.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
İsmayıllı Rayon İcra Hakimiyyəti,
İsmayıllı Rayon Veteranlar və Ağsaqqallar Şurası
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter