• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qardaşlıq və məktəblərin təcrübə paylaşımı

Qardaşlıq və məktəblərin təcrübə paylaşımı

Yazar Ismayilli
//
19 dekabr 2016
//
//
Oxunub 476
//
Beynəlxalq Etwinning layihəsi çərçivəsində İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbi bir qrup şagird və müəllimləri ilə birlikdə “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” layihəsinə qoşulublar.Qardaşlıq və məktəblərin təcrübə paylaşımı
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Surə Mehdiyevanın “eTwining Plus” layihəsi çərçivəsində türkiyəli həmkarları ilə əməkdaşlığı çərçivəsində Türkiyə Cümhuriyyətinin Uşak şəhər mərkəz Hasibə və Mazhar Gürbüz İlkokulu arasında imzalanmış “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” Qardaşlaşmış məktəblər protokoluna əsasən noyabr ayının 21-dən 26-dək Türkiyə Cumhuriyyətindən 5 nəfər müəllimdən ibarət heyət rayonumuza səfər edib.
Proqram çərçivəsində qonaqlar İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbində təcrübə mübadiləsi məqsədi ilə dərslərdə və müxtəlif tədbirlərdə iştirak ediblər. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları RİH-də qəbul edib. Səmimi keçən qəbulda fikir və təcrübə mübadiləsi aparılıb.
Qonaqlar Lahıc qəsəbə və İvanovka kənd tam orta məktəblərində olublar.
Şükufə Nəcəfova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!