• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xalça xalqımızın milli sərvətidir

Xalça xalqımızın milli sərvətidir

Yazar Ismayilli
//
19 dekabr 2016
//
//
Oxunub 333
//
...Biz xalçaçılığı gərək nəinki qoruyaq, həm də inkişaf etdirək. Çünki indi Azərbaycanda məşğulluq artır, işsizlik aşağı səviyyədədir. Ancaq araşdırsaq, görərik ki, qadınlar arasında işsizlik nisbətən daha çoxdur.
Xalça xalqımızın milli sərvətidir
Ona görə də qadınları işlə təmin etmək, eyni zamanda, xalçaçılığı yaşatmaq və ixrac potensialımızı artırmaq üçün belə bir qərar qəbul edildi. İndi bir çox rayonda, o cümlədən İsmayıllıda xalçaçılıq üzrə istehsalat sahələri yaradılır. Çünki İsmayıllıda xalçaçılıq sənəti çox inkişaf edib və qədim tarixə malikdir. İsmayıllının özünəməxsus xalçaçılıq üslubu var.
Bu xalçaçılıq müəssisəsi bütün lazımi avadanlıq, dəzgahlar, iplər, boyalarla təmin ediləcək, ilkin mərhələdə 170 iş yeri yaradılacaq. Biz tezliklə bu işlərə start verəcəyik. Xalça ixrac məhsuludur. Üstünlüyü ondan ibarətdir ki, onun istehsalına gedən vəsait yerli valyuta ilə ölçülür, amma ixrac olunarkən ölkəmizə xarici valyuta gələcək. Eyni zamanda, biz bu gözəl sənəti yaşatmalıyıq. Çünki xalça xalqımızın milli sərvətidir...
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
İsmayıllı, 10 avqust 2016-cı il

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!