• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ulu öndərə hörmət və ehtiramın təzahürü

Ulu öndərə hörmət və ehtiramın təzahürü

Yazar Ismayilli
//
19 dekabr 2016
//
//
Oxunub 411
//
Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin ölümündən on üç il keçir. Onun məzarı xalqımız üçün ziyarətgaha çevrilib. Bununla xalq Ulu öndərə öz sonsuz məhəbbət və ehtiramını bildirir. Ulu öndərə hörmət və ehtiramın təzahürü
Ulu öndərə hörmət və ehtiramın təzahürü
Ulu öndərə hörmət və ehtiramın təzahürü
Ulu öndərə hörmət və ehtiramın təzahürüDekabrın 12-də İsmayıllı rayonunun mərkəzində xalqın əbədiyaşar öğlu, ümummilli lideri Heydər Əliyevin abidəsi önündə bu dahi şəxsiyyətin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
Mərasimdə rayon İcra Hakimiyyəti aparatının, hüquq mühafizə orqanlarının işçiləri, şəhər məktəblərinin yuxarı sinif şagirdləri, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri, şəhər mərkəzindən, eləcə də rayonun yaxın kəndlərindən gəlmiş vətəndaşlar iştirak ediblər.
Həmin gün heç də payızın sonuna bənzəmirdi. Ziyarətə gələnlərin hamısının əlində təzə-tər qızılgüllər, qərənfillər vardı.
Zaman bizi Ulu öndərin ölüm günündən uzaqlaşdırsa da, ideyasına sədaqət göstərənlər, ziyarətinə can atanlar, abidə önünə gül qoymağa gələnlərin sayı ildən-ilə artmaqdadır. Bu da Ulu öndərə, onun Azərbaycan xalqı üçün çəkdiyi zəhmətə olan hörmət və ehtiramın təzahürüdür.
Ziyarətçilər dəstə-dəstə yaxınlaşaraq gətirdikləri tər qızılgülləri abidənin önünə qoyub, dünya azərbaycanlılarının əbədiyaşar liderinin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbirin iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgiyə və sənədli filmə baxıblar.
Ümumxalq anım günündə İsmayıllının əksər yaşayış məntəqələrində idarə bə təşkilatlarda Ulu öndəri xatırlamaq, ruhuna dualar oxumaq üçün toplantılar keçirilib. Rayon mərkəzindəki “Xeyir-şər” evlərində ehsan süfrələri açılıb.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!