• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Nazir vətəndaşları qəbul edib

Nazir vətəndaşları qəbul edib

Yazar Ismayilli
//
19 dekabr 2016
//
//
Oxunub 364
//
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov noyabr ayının 25-də İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlarla görüşüb, onları qəbul edib.Nazir vətəndaşları qəbul edibQəbul zamanı 30-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı olub.
Nazir qəbula yazılanların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək problemlərin aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib və həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!