• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Azərbaycanda səhiyyənin inkişafı mövzusunda tədbir

Azərbaycanda səhiyyənin inkişafı mövzusunda tədbir

Yazar Ismayilli
//
19 dekabr 2016
//
//
Oxunub 192
//
10 dekabr 2016-cı il tarixdə Rayon Mərkəzi Xəstəxanasının akt zalında “Heydər Əliyev və Azərbaycanda səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib.
İlk olaraq Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Mərkəzi Xəstəxananın baş həkimi Aydın Əsədov tədbiri giriş sözü ilə açıb, Azərbaycan səhiyyəsinin uğurlarının Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, Ulu öndər dünyanın nadir, fərqli siyasətçisi olub. Təkcə Azərbaycanda deyil, bütün dünyada sözü keçərli, nüfuzu qəbul edilən lider kimi tanınıb.
Azərbaycanda səhiyyənin inkişafı mövzusunda tədbir Onun siyasətinin milli maraqlar üzərində qurulduğunu qeyd edən RİH-nin baş məsləhətçisi Nəsimi Teymurov ümumilli lider Heydər Əliyevin səhiyyə sahəsində apardığı uğurlu siyasətindən danışıb. Digər çıxışçılar - İsrail İsmayılov, Murad Həbibov, Şahmurad Şirəliyev də bildiriblər ki, bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir və ondan faydalanır. Azərbaycan Ümummilli liderin siyasəti ilə irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını artırır.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!