• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Səhiyyəyə böyük dəstək var

Səhiyyəyə böyük dəstək var

Yazar Ismayilli
//
19 dekabr 2016
//
//
Oxunub 383
//
Azərbaycan xalqı zaman-zaman öz mütəfəkkirləri, şair və yazıçıları, görkəmli ziyalıları ilə tarixin yaddaşında qalmışdır. Xalqımız həmçinin dahi siyasətçiləri, mədəniyyət, incəsənət xadimləri, filosofları, müəllimləri, həkimləri, xeyriyyətçiləri ilə qonşu xalqlardan üstünlüyünü qoruyub saxlamışdır.
Azərbaycan müxtəlif sahələrdə də dünyanın bir sıra qabaqcıl ölkələrini üstələməyi bacarıb. Səhiyyəyə böyük dəstək var
Səhiyyəyə böyük dəstək var
Müstəqillik əldə olunduğu dövrlərdən bəri böyük nəaliyyətlər əldə edilmişdir. Bu gün dövlətimizin səhiyyəyə göstərdiyi qayğı sayəsində ölkə ərazisində fəaliyyət göstərən əksər xəstəxana və tibb məntəqələri dünya standartlarına cavab verən, müasir avadanlıqlarla təchiz edilib. Bəllidir ki, ölkəmizdə bütün sahələrə olduğu kimi, tibb sahəsinə də güclü dövlət dəstəyi formalaşıb. Həmin qayğının bariz nümunəsi olaraq möhtərəm prezidentimiz, İlham Əliyev cənablarının tapşırığı ilə üç ildir mütəmadi olaraq ölkə əhalisinin pulsuz tibbi müayinəsi təşkil edilir. Proqram çərçivəsində hər il rayonumuzun ən ucqar dağ kəndlərində belə əhalinin müayinəsi keçirilir.
Ölkə prezidentinin vaxtaşırı tibb sahəsi ilə əlaqədar sərəncamlar imzalaması, ölkənin demək olar ki, bütün şəhər və rayonlarında müasir tipli, yeni xəstəxanalarının açılışında şəxsən iştirak etməsi, əhalinin sağlamlığının dövlətimiz üçün vacibliyindən xəbər verir. Həmin qayğıdan İsmayıllı Rayon Mərkəzi Xəstəxanası da yararlanıb. 2014-cü ildə əsaslı təmir olunub və ən müasir avadanlıqlarla təchiz edilib. Prezident İlham Əliyevin xəstəxananın təmirdən sonrakı açılışında iştirakı ismayıllılar üçün qürurverici, unudulmaz, tarixi bir hadisədir. Təbiidir ki, bu da İsmayıllı sakinlərinə olan dövlət qayğısının əyani sübutudur. Mütəmadi olaraq ölkəmizdə tibb sahəsində inkişafa nail olmaq üçün gündəlik, lazımı tədbirlər görülür.
“Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 153-VQD nömrəli Qanununun tətbiqi haqqında, Respublika əhalisinə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında, Əhalinin sağlamlığının qorunması haqqında, Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 769-IVQD nömrəli Qanunun tətbiqi haqqında, bir sıra tibb müəssisələrinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidenti Fərman və Sərəncamlar imzalamışdır.
Artıq bir çox çətin müalicə olunan xəstəliklərin müayinə və müalicəsi üçün ölkə əhalisinin xarici dövlətlərə üz tutmasına ehtiyac qalmayıb. Ən çətin cərrahi əməliyyatların ölkəmizdə uğurla icra edilməsi əhalinin yerli tibbə olan inam və etimadını artırır. Bu baxımdan İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında da kifayət qədər uğurlar qazanılıb. Hətta, qonşu rayonlardan da bizim xəstəxanaya müalicə üçün üz tutanlar olur. Xəstəxanamızın Hemo dialez şöbəsində müalicə olunmaq üçün qonşu rayonların sakinləri də bizə müraciət edirlər. Şəkərli diabet, onkoloji, vərəm və digər xəstələrin müalicəsinə xüsusi diqqət yetirilir.
Hər yerdə uğur üçün təbii ki, şərait olmalıdır. Uğurları müasir tibbi-texniki avadanlıqlar olmadan təssəvvür etmək mümkün deyil. İsmayıllı rayonunun tibb sahəsindəki, uğurlarının daha üstün və davamlı olması üçün ən yeni tibbi avadanlıqlara ehtiyacımız var. Elmin son nailiyyətləri olan diaqnostik aparatların bölgələrə çatdırılmasında ləngimələrin olması müəyyən çətinliklər yaradır.
Həkimin etdiyi müalicənin səmərəli olması üçün ilk olaraq düzgün diaqnoz qoyulmalıdır. Düzgün diaqnoz xəstənin müalicə olunmasının ilkin mərhələsidir. Kənd yerlərində olan tibb məntəqələrimizin təmiri və ya yenidən tikilməsi əhalinin sağlamlığına olan xidmətləri daha təkmilləşdirər. Rayonumuzda 11 kənd həkim məntəqəsi var. 6 məntəqədə ixtisaslı həkimlərə ehtiyac var. 2014-cü ildə 2 xəstəxana, (Lahıc qəsəbə, İvanovka kənd), 2 tibb məntəqəsi (Tircan, Topçu) tikilib və istifadəyə verilib. Həmin məntəqələrimizdə də kadr çatışmazlığı problemi mövcuddur.
Yuxarı Cülyan və Çandahar kəndlərindəki tibb məntəqələri həkim çatışmazlığı ucbatından müvəqqəti olaraq fəaliyyət göstərmir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında EXO kordioqrama, kompyüter tamoqrafiya aparatları olsa əhaliyə tibbin bütün sahələrində kifayət qədər mükəmməl müayinə və müalicə xidmətləri göstərmək imkanlarımız olar.
Güman edirəm ki, ixtisaslı kadrların yetərincə olması həmin sahədə daha yüksək nəticələrin əldə edilməsinə zəmin yaradacaq.
Abdullətif Maqsudov,
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!