Ümummilli liderin xatirəsinə həsr olunmuş mini futbol turniri » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Ümummilli liderin xatirəsinə həsr olunmuş mini futbol turniri

Dekabr ayının 9-da İsmayıllı Olimpiya-İdman Kompleksində İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin perspektiv iş və tədbirlər planına uyğun olaraq ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə mini futbol üzrə rayon turniri keçirildi.Ümummilli liderin xatirəsinə həsr olunmuş mini futbol turniriYarış öncəsi Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi yolunda verdiyi saysız töhfələri vurğuladı və son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının geniş vüsət aldığını söylədi və sonda idmançılara uğurlar arzuladı.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov çıxış edərək iştirakçıları salamladı, onlara uğurlar dilədi.
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti İlham Vahabov rayon idmançılarının çoxsaylı uğurları barədə məlumat verdi və məhz bunun üçün ulu öndər Heydər Əliyevə borclu olduqlarını vurğuladı.
İsmayıllı Olimpiya-İdman Kompleksinin direktor müavini Anar Həsənov ölkədə idmana göstərilən qayğıdan bəhs etdi, yaradılan gözəl şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi, sonda idmançılara uğurlar arzuladı.
11 komanda birincilik uğrunda gərgin mübarizə apardı. I yeri Mollaisaqlı, II yeri şəhər 1, III yeri şəhər 6 nömrəli tam orta məktəblərinin komandaları qazanıb.
Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olundu.
“İsmayıllı xəbərləri”
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter