• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunub

Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunub

Yazar Ismayilli
//
23 noyabr 2016
//
//
Oxunub 277
//
Dövlət bayramlarının, tarixi günlərin, siyasi və ideoloji hadisələrin qeyd olunduğu məkan – Heydər Əliyev Mərkəzi Dövlət Bayrağı Gününə toplaşan iştirakçıların da üzünə açıq olub.
Bayram iştirakçıları əvvəlcə üçrəngli bayrağımızı 70 ildən sonra ilk olaraq ürəklərdən alıb millətin başı üzərinə qaldıran ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidə önünə tər çiçəklər qoyublar.
Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunub
Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunubBayram tədbirini geniş giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açib və Dövlət Bayrağımızın tarixindən, milli bayrağımızın təsis edilməsindən Azərbaycan Demokratik Cümhuriyyətinin xidmətlərindən, blokadaya salınmış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin heç kimdən, heç şeydən çəkinmədən ADR-dən miras qalmış milli bayrağımızı cəsarətlə Dövlət Bayrağı kimi qəbul etməsindən danışıb və tədbir iştirakçılarını, onların timsalında bütün rayon əhalisini təbrik edib.
Dövlət Himni səsləndirilib.
Rayon məhkəməsinin hakimi Azad Əliyev, rayon veteranlar şurasının sədri Əlaləm Babayev, rayon təhsil şöbəsinin əməkdaşı Rəşid Məmmədov, YAP rayon təşkilatı aparatının rəhbəri Anar Nəbiyev, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova əlamətdar gün münasibəti ilə çıxış ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir Mərkəzi Meydanda davam etdirilib.
Meydana xor kollektivinin oxuduğu himn sədaları altında böyük bayraq gətirilib. Meydandakı Dövlət bayrağı qaldırılıb. Bayrağa, dövlətə, Vətənə, Ümummilli liderə həsr olunmuş mahnılar və marşlar, cəngi səsləndirilib. Meydanı rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif hərbi idman oyunlarında qalib gələn gənclər əhatəyə alıb.
Dövlət bayrağı günü ilə əlaqədar keçirilən tədbirlər qürurverici və yaddaqalan olub.
Azər Bədəlov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!