• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib

Kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib

Yazar Ismayilli
//
23 noyabr 2016
//
//
Oxunub 372
//
Hər il olduğu kimi, bu il də İsmayıllıda kənd təsərrüfatı işçilərinin peşə bayramı xüsusi təntənə ilə qeyd olunub. Tədbirin xüsusiliyini təmin edən səbəblərdən biri də cari ildə rayonda kənd təsərrüfatı idarəsinin inzibati binasının istifadəyə verilməsi olub.Kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib
Kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib  Tədbirə qatılanlar ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər.
“Qala” şadlıq sarayında keçirilən bayram tədbirində rayonda 2016-ci ildə kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər - kənd təsərrüfatı məhsulları istehsalçılarına davamlı dövlət dəstəyi, aqrar sahədə qazanılan uğurlar və bu istiqamətdə aparılan digər tədbirlər barədə videoçarx nümayiş etdirilib. Sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev kənd təsərrüfatı işçilərini rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından peşə bayramları münasibətilə ilə təbrik edib və bir qrup qabaqcıl kənd təsərrüfatı işçisinə Fəxri fərman və pul mükafatlarını təqdim edib.
Rayon prokuroru Ülvü Abbasov, RİH başçısının İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi Olqa Jabina, Qubaxəlilli kəndində fəaliyyət göstərən toxumçuluq təsərrüfatının rəhbəri Müşfiq Həsənov çıxış edərək aqrar sahənin əhəmiyyətindən danışıb və bayram münasibətilə bütün kənd təsərrüfatı işçilərini təbrik ediblər.
Bayram tədbirində İsmayıllı Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov çıxış edərək ölkə rəhbəri İlham Əliyevə kənd təsərrüfatının inkişafına göstərdiyi hərtərəfli dəstəyə, yaratdığı yüksəliş mühitinə görə bütün rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.
Tədbirin gedişində rayon Mədəniyyət evinin “Niyal” xalq çalğı alətləri ansamblı kənd əməkçilərinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
Sonda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə rayonun kənd təsərrüfatı işçiləri adından Müraciət qəbul olunub.
Şövqi Əhmədov,
İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin əməkdaşı

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!