• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Yüksək rifaha hesablanmış fəaliyyət

Yüksək rifaha hesablanmış fəaliyyət

Yazar Ismayilli
//
23 noyabr 2016
//
//
Oxunub 424
//
17 noyabr 2016-cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun Kələzeyvə, Xankəndi və Kürdüvan kəndlərinin sakinləri ilə görüş-qəbul keçirib.
Görüş üçün İsmayıllı rayon rəhbərliyinə təşəkkür edən sakinlər ölkədəki əminamanlığa, insanlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Yüksək rifaha hesablanmış fəaliyyətSakinlər bildiriblər ki, payız aylarında aramsız yağan yağışlar səbəbindən ərazidə baş verən yer sürüşməsi zamanı rayonun əlaqədar qurumları ərazidə olmuş, evləri sürüşməyə məruz qalmış ailələrin dərdinə, qayğılarına şərik olmuşlar.
Yer sürüşməsi səbəbindən sıradan çıxmış yollar, su keçidləri, elektrik xətləri, körpülər dərhal istifadəyə yararlı vəziyyətə gətirilmişdir.
Göstərilən diqqət vətəndaşlarla dövlət arasında birliyin daha da möhkəmlənməsinə zəmin yaratmışdır. Görüşə gələn kəndlərin sakinləri evlərində mavi yanacaqdan istifadə etmək arzusunda olduqlarını bildiriblər.
Çıxışlarda sakinlər kənd yollarının təmiri, çay yataqlarında körpülərin qurulması, elektrik xətlərində əsaslı təmirin aparılması məsələlərinə də toxunublar.
RİH başçısı M.Sadıqov gənclərin iş dalınca şəhərlərə axışmasından, məktəblərdə şagird sayının azalmasından narahat olduğunu bildirib. Başçı əmək qabiliyyətli sakinlərin kənddə qalmasını kəndin inkişafı, gələcəyi kimi dəyərləndirib. Əks təqdirdə, mövcud vəziyyətin daha da pisləşməsi ortaya çıxa bilər.
Başçı kənd ağsaqqallarını, məktəb müəllimlərini bu kimi məsələlərdə diqqətli olmağa çağırıb.
Tədbirin sonunda yerində həlli mümkün olan məsələlərlə bağlı RİH başçısı göstəriş və tapşırıqlar verib. Bildirib ki, ölkədə, eləcə də İsmayıllıda hər kəs diqqət və qayğı ilə əhatə olunub. Görülən işlər biləvasitə vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!