• Ana səhifə |
Subscribe by RSS or RUS
» » “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanova

“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanova

Yazar Ismayilli
//
23 noyabr 2016
//
//
Oxunub 381
//
Hörmətli baş redaktor!
Yuvarlaq rəqəmləri insan ömründə hansısa mərhələnin başlanğıcını özündə təcəssüm etdirən simvolik rəmz də adlandırmaq mümkündür. Bu mənada altmış da xüsusi sanballı çəkiyə malikdir. Əksəriyyət kimi mən də onu ağsaqqallıq mərhələsinin başlanğıcı sayıram. Bu həm xoşbəxtlik, həm də çiyinlərin çox ağır mənəvi yükün altına verilməsidir. İllər boyu qazanılan nüfuzu qorumalı və eyni zamanda ağsaqqal adını daşımağa haqqın cəmiyyət tərəfindən qəbul olunmalıdır.
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd SoltanovaHörmətli Şahməmməd müəllim, sizinlə yubiley sevincinizi bölüşdüyümüz anlarda belə duyğuları yaşayarkən istər-istəməz daxilimizdəki inam hissləri sabahlara nikbin baxmağıma əsaslar verir. Arxayınçılıq ilk növbədə həmkarımızın şərəfli həyat yolundan, malik olduğu məziyyətlərdən qaynaqlanır. Diqqət etsək görərik ki, yaşanan illərin üçdə ikisi əməklə, istehsalatla, pedaqoji fəaliyyətlə, ictimai-siyasi işlərlə və media ilə bağlıdır. Hər sahədə də qayğıkeşlik, işgüzarlıq, məsuliyyət hörmət və nüfuzun təminatçısı olub. Təsadüfi deyil ki, Ağbulaq kənd sakinləri ilk bələdiyyə seçkisində sizin sədr seçilməyinizi dəstəkləyiblər. Hazırda isə İsmayıllı bələdiyyəsində Yerli iqtisadi-inkişaf və sosial məsələlər komissiyasının sədri kimi etimadı ləyaqətlə doğruldursunuz.
Hörmətli Ş.Soltanov, diqqəti çəkən keyfiyyətləriniz sırasında cəmi 8 il əvvəl yaratdığınız və baş redaktoru olduğunuz “İsmayıllı xəbərləri”nin ölkənin dolğun bölgə mətbuatı nümunələri sırasında layiqli yerini tutmasıdır. Qəzet belə xüsusiyyətləri əsas götürülərək Azərbaycan Mətbuat Şurası üzvlüyünə qəbul edilib. Bu, ədəbi mühitdə Şahməmməd Dağlaroğlu kimi tanınan, 5 kitabı çapdan çıxan, 30 kitab redaktorunun, Azərbaycan Yazıçılar Birliyinin üzvünün sözə, sənətə həssas yanaşmasının nəticələridir.
Sizin 60 illik yubileyinizi Azərbaycan Mətbuat Şurası və çoxsaylı jurnalistlərimiz adından təbrik edərkən əminik ki, Ş.Dağlaroğlu hələ uzun ömrün və daha yüksək uğurların başlanğıcındadır.
Səmimi hörmətlə,
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri,
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!