Elektron lövhələrlə təhsil » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Elektron lövhələrlə təhsil

Elektron lövhələrlə təhsilAğdaş Özəl Türk Liseyində elektron lövhələrin təqdimatı olub. Lövhələr üzdən sadə maket lövhələri kimi görünür, ancaq taxta lövhələrdən fərqli olaraq müasir kompüter rolunu oynayır.
Təqdimatda Ağdaş təhsil şöbəsinin müdiri Lürvi Paşayev, Ağdaş RİH-nin nümayəndəsi Qalib Həsənov, yaxın rayonların təhsil şöbələrinin nümayəndələri, məktəb direktorları iştirak ediblər. Onlar, liseydə tam müasir standartlara cavab verən elektron lövhələrlə tanış olublar. Tədbirdə çıxış edən liseyin müdiri Ramazan Tomay liseyin maddi-teniki bazasınının genişləndirilməsinə dair görülən işlər haqqında ətraflı məlumat verib. O bildirib ki, Ağdaş özəl türk liseyi tədris prosesində informasiya tenologiyaları vasitələrindən geniş istifadə edir və istifadə olunan kompüter, video, audio və s. cihazların müntəzəm olaraq yeniləndirilməsi qayğısına qalır. Bütün fənn otaqları, laboratoriyalar ən müasir elektron cihazrlarla təchiz olunub. Bütün bunlar tədris prosesində istifadə ediləcək lazımi proqramlarla təchiz edilib və bu dərs ilindən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadəsinə başladıqlarını bildirib. 15 ədəd elektron ağıllı lövhələr alınaraq siniflərə quraşdırıldığını nəzərə çatdıran müdir lövhələr haqqında məlumat verib. Bildirib ki, bu ellekton lövhələr, şagirdlərin daha yüksək şəkildə təhsil almaları və tam müasir biliklərə yiyələnmələri üçün çox vacib bir vasitədir. Həmin elekton lövhələr barmaqla idarə olunur. Tədbir əsnasında qonaqlara elektron lövhələr üzərində praktik olaraq müxtəlif fənlərin dərs nümunələri göstərilmişdir.
Övladlarınızın hər cür elektron təhsil avadanlıqları ilə təchiz olunmuş Ağdaş Özəl Türk Liseyində təhsil almasını istəyirsizsə, bu ünvana Ağdaş şəhəri, Heydər Əliyev prospekti 100-ə müraciət edə bilərsiniz.
Əlaqə telefonu: (193) 5-50-65. email: agdas@cag.edu.az
Ağdaş Özəl Türk Liseyi
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter