• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Məcburi köçkünlərlə görüş

Məcburi köçkünlərlə görüş

Yazar Ismayilli
//
23 noyabr 2016
//
//
Oxunub 148
//
Rayon İcra Hakimiyyəti məcburi köçkünlərlə əlaqədar dövlət siyasətini ardıcıl və sistemli olaraq həyata keçirir. Vaxtaşırı məcburi köçkünlərlə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov həm müvəqqəti məskunlaşdıqları ərazilərdə, həm də rayon mərkəzində görüş-qəbullar keçirir.
Heydər Əliyev Mərkəzində keçirilən növbəti görüşdə 877 məcburi köçkün ailəsini təmsil edən 95 nəfər iştirak edirdi.
Məcburi köçkünlərlə görüş
Görüşü giriş nitqi ilə RİH-nin başçısı Mirdaməd Sadıqov açaraq bildirib ki, İsmayıllı ərazisində məcburi köçkünlərin problemləri RİH-nin gündəlik diqqətindədir. Yeni açılan iş yerlərinə onların cəlbinə, kiçik kreditlərlərlə təmin olunmasına, təsərrüfat fəaliyyəti üçün şərait yaradılmasına, məşğulluqlarının artırılmasına və mənzil şəraitlərinin yaxşılaşdırılmasına həssaslıqla yanaşılır.
RİH-nin başçısı daha sonra qeyd edib ki, həkim və müəllim ixtisaslı kadrlara ehtiyac var. Rayon gənclər və idman idarəsində və digər büdcə idarələrində də kadr çatışmazlığı mövcuddur. Test imtahanlarına getmək və bu yerləri tutmaq üçün məcburi köçkün gənclər çalışmalıdırlar.
Dövlətqaçqınkomun İsmayıllı rayonu üzrə məsləhətçisi Tahir Əliyev ayrı-ayrı yaşayış məntəqələri üzrə mövcud problemlərdən, görülən işlərdən, kommunal xidmətlərinin yaxşılaşdırılması tədbirlərindən danışıb.
Laçın rayon məcburi köçkünü, müəllim Arif Tanrıverdiyev göstərilən qayğıya görə ölkə rəhbərinə minnətdarlıq edib, icra hakimiyyətinin başçısına hər zaman məcburi köçkünlərin yanında olduğuna görə təşəkkürünü bildirib. Xahiş edib ki, Kəlbənd bələdiyyəsi ərazisində onlara müvəqqəti istifadə üçün verilmiş torpaqlardan qanuni istifadə üçün şərait yaradılsın. Cəlal Məmmədov “Kökəltmə birliyi” ərazisinə dayanıqlı elektrik xətti çəkilməsini, Gülağa Abbasov Yenikənd kəndinə gedən yola çınqıl döşənməsini, Laçın Mirzəliyev Tircan ferması ərazisinə qaz çəkilişini, Dağbəyi Nəsirov arıçılıqdan daha çox səmərə götürmək üçün kredit almasına yardımçı olmağı xahiş edib.
Qaldırılan hər bir məsələ, irəli sürülən hər bir təkliflə əlaqədar aid strukturlara tapşırıqlar verilib.
Görüşdə hüquq mühafizə və ədliyyə orqanlarının, xidmət idarələrinin rəhbərləri, YAP rayon təşkilatının sədri, rayon veteranlar şurasının sədri iştirak ediblər.
Nəsimi Teymurov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!