• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı məktəbliləri də “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar

İsmayıllı məktəbliləri də “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar

Yazar Ismayilli
//
22 noyabr 2016
//
//
Oxunub 221
//
İsmayıllı rayon məktəblərinin 40 nəfər IX-X-XI sinif şagirdinin, onlarla birgə 5 nəfər bələdçi müəllimin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Respublikamızın Şimal bölgəsinə səfəri nəzərdə tutulmuşdu.
17 noyabr 2016-cı il tarixdə səfərə hazırlaşan tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Rayon İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə tur-aksiya iştirakçıları ilə görüş keçirib.
İsmayıllı məktəbliləri də “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
İsmayıllı məktəbliləri də “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
Rayon İra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşü açaraq qeyd edib ki, “Ölkəmizi tanıyaq” layihəsi Prezident İlham Əliyevin yetişən nəslə, gənclərə, təhsil sisteminə böyük hədiyyəsi və bəxşişidir. Ölkəmizi dünya miqyasında tanıdan cənab Prezident şagirdlərin də öz ölkəsini tanımaları üçün çox gözəl şərait yaradıb. Maarifləndirici tur aksiyada iştirak edən şagirdlərimiz bu imkandan, bu şəraitdən maksimum faydalanmalı, səfərdə olacaqları rayonlardan ən zəngin təəssüratlarla qayıtmalıdırlar.
Şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Kainat Muradlı deyib ki, ölkəmizi ürəkdən sevmək üçün onu daha yaxşı tanımalı, tarixini, coğrafiyasını, dünənini, bu gününü, sosial-iqtisadi inkişaf səviyyəsini daha yaxşı öyrənməliyik. Prezidentimizə minnətdarıq ki, “Ölkəmizi tanıyaq” layihəsi ilə bizə öyrənmək yolunu göstərir.
Diyallı kənd tam orta məktəbinin X sinif şagirdi Rüstəm Pənahov çıxışında deyib: “Mən Quba, Xaçmaz və Qusar rayonlarında olmamışam. Bilirəm ki, təbiətimiz bir-birinə oxşardı. Ancaq bu zonada fərqli abidələr, tarixi yerlər, adət-ənənələr vardır. Ona görə o yerlərə səfərimiz uğurlu və səmərəli olacaq. Yeni dostlar tapacaq, qrup üzvlərimizlə də dostluq əlaqələrimiz tur-aksiya zamanı möhkəmlənəcək.
İvanovka kənd tam orta məktəbinin direktou Mixail Uryupin ölkə rəhbərinə bu diqqət və qayğıya görə minnətdarlığını bildirib, təklif edib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları bir ay müddətində təssüratlarını ümumiləşdirsinlər, yekunda elə bu tərkibdə təqdimat keçirsinlər.
Valideyin Altay Pənahov oğlunun bu layihədə iştirakından qürur duyduğunu bildirdi. Ölkə rəhbərinə minnətdarlıq etdi ki, gənc nəslə belə tükənməz qayğı göstərir. Valideyin Famil Əhmədov ölkənin qədim, yeni və ən yeni tarixinin öyrənilməsində tur-aksiyanın müstəsna əhəmiyyətindən danışıb.
Rayon prokuroru Ülvi Abbasov, rayon polis şöbəsinin rəisi Telman Ağasıyev, rayon veteranlar şurasının sədri Əlaləm Babayev, YAP rayon təşkilatının sədri Əzizə Vahabova, Hərbi xidmətə çağırış və səfərbərlik xidməti şöbəsinin rəisi Xamis Bədəlov, məktəb direktorları Şəmsiyyə Əhmədova, Hikmət Haqverdili və başqaları çıxış edərək şagirdlərə yaxşı yol arzuladılar.
Rayon təhsil şöbəsinin müdiri, Əməkdar müəllim Rasim Orucov İsmayıllı təhsil sisteminin uğurlarından danışmaqla yanaşı qeyd edib ki, ”Ölkəmizi tanıyaq” layihəsi şagirdlərin vətənpərvərlik tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətli rol oynayır. Bütün valideynlər bu kimi tədbirlərdən çox razılıq edirlər.
Görüşdən sonra şagirdlər onlar üçün ayrılmış avtobusa əyləşərək Quba, Xaçmaz və Qusar istiqamətinə yola düşüblər.
N.Teymurov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!