• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllıda regional Bilik evi açıldı

İsmayıllıda regional Bilik evi açıldı

Yazar Ismayilli
//
18 oktyabr 2016
//
//
Oxunub 327
//
Oktyabr ayının 5-də - Beynəlxalq Müəllimlər Günündə İsmayıllı rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun regional Bilik evinin açılışı olub.
İsmayıllıda regional Bilik evi açıldı
[thumb=left]http://ismayilli-xeberleri.info/uploads/posts/2016-10/1476812286_11i.jpg[/thumb
Açılış mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, yerli ziyalılar iştirak edib. Mərasimi giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova regionda Bilik evinin məhz İsmayıllı rayonunda açılmasının sevindirici hadisə olduğunu deyib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında Bilik evinə məkan verdiklərinə və Fondun layihələrini daim dəstəklədiklərinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. O.Səmədov açılış mərasiminin məhz Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsinin təhsil ictimaiyəti üçün hədiyyə olduğunu deyib. İcraçı direktor bütün ismayıllıları, o cümlədən ətraf rayonların sakinlərini Bilik evini öz evləri bilməyə çağırıb. Bilik evində fəaliyyət göstərəcək kurslardan danışan O.Səmədov məhz bu gündən ingilis və rus dili kurslarının fəaliyət göstərdiyini élan edib.
Açılış mərasimində iştirak edən millət vəkili Novruzəli Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin elmə-təhsilə qayğısından söz açaraq, Bilik evinin açılmasını bu qayğının nümunəsi olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, rayon əhalisi Bilik evindən səmərəli istifadə edəcəkləri təqdirdə həm özlərinin, həm də cəmiyyətin inkişafına böyük təkan vermiş olacaqlar.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov təhsilin bir ölkənin inkişafında əhəmiyyətindən danışıb. İcra başçısı deyib ki, yalnız elmin gücü ilə qalib gəlmək olar və o elmli şəxs daim təmsil etdiyi ölkənin uğurlarına çalışar.
M.Sadıqov Bilik Fonduna bundan sonra da dəstək verməyə hazır olduqlarını deyib və rayon əhalisini Bilik evi ilə əməkdaşlıqda fəal olmağa dəvət edib.
Gənc müəllimə Səbinə Bağırlı Beynəlxalq Müəllimlər Günündə Bilik evinin açılışını heç vaxt unudulmayacaq hadisə adlandırıb. Elmin inkişafına gözəl şərait yaratdığına görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Açılış mərasimindən sonra icra başçısının, Bilik Fondu nümayəndələrinin, rayon ictimaiyyətinin, gənclərin iştirakı ilə Bilik evində ilk dəyirmi masa keçirilib.
Xatırladaq ki, Bilik Fonmdunun Qax, Oğuz, Şəmkir, Nardaran Bilik evləri fəaliyyət göstərir, yaxın zamanlarda Astara və Tərtər rayonlarında istifadəyə verilməsi nəzərdə tutulur.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!