• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Müşavirə işgüzar şəraitində keçib

Müşavirə işgüzar şəraitində keçib

Yazar Ismayilli
//
18 oktyabr 2016
//
//
Oxunub 216
//
Oktyabr ayının 10-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin rəhbərliyi və ATİAHİ İsmayıllı RK-nın təşkilatçılığı ilə birgə 10 noyabr 2016-cı il tarixdə ilk təşkilatlarda hesabat-seçki yığıncaqlarının keçirilməsinə hazırlıqla əlaqədar geniş zona seminar müşavirəsi keçirildi.
Müşavirə işgüzar şəraitində keçib
Müşavirə işgüzar şəraitində keçib
Müşavirə işgüzar şəraitində keçib
Müşavirə işgüzar şəraitində keçib
Seminar müşavirədə Qobustan, Ağsu, Şamaxı, Kürdəmir, Göyçay, Ağdaş, Ucar, Zərdab, Qəbələ, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən rayon ATİAHİ komitə sədrləri və İsmayıllı RK-nin ilk təşkilat sədrləri, mətbuat nümayəndələri - 80 nəfərdən çox həmkarlar ittifaqı fəalı iştirak etdilər. Seminar iştirakçıları əvvəl rayonun bir neçə təhsil və mədəniyyət müəssisələrini, rayonda son vaxtlar istifadəyə verilmiş obyektləri ekuskursiya etdilər, rayon mədəniyyət evinin hazırladığı musiqi nömrələrini dinlədilər. Seminar iştirakçıları ilə görüşən RİH-nin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov rayonda ölkə prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində yeni yaradılmış iş yerlərinin artırılmasından, quruculuq-abadlıq işlərindən, təhsil işçilərinə göstərilən qayğıdan Respublika Həmkarlar İttifaqının nüfuzundan və gördüyü işlərdən danışaraq seminar-müşavirənin işinə uğurlar arzuladı.
Seminar-müşavirəni açan ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında ilk, rayon, şəhər və rayon hüquqlu təşkilatlarda 2017-ci ildə hesabat-seçkilərin keçiriləcəyini və bununla əlaqədar görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışdı. ATİAHİ-nin İsmayıllı Rayon Komitəsinin sədri, bu sətirlərin müəllifi Hafiz Kərimov ilk təşkilatlarda hesabat-seçki yığıncaqlarının hazırlanıb keçirilməsi təcrübəsindən danışdı və mövcud problemlərin həlli yollarının müzakirə edilməsini təklif etdi.
Respublika Komitəsinin təşkilat Şöbəsinin rəhbəri Emil Rüstəmov və hüquq şöbəsinin rəhbəri Zəfər Məmmədov seminar iştirakçılarının suallarını cavablandırdılar. Müşavirədə ATİAHİ-i Qobustan Rayon Komitəsinin sədri Ənvər Qaibov, Şəki RK-nin sədri Ziyafət Xasıyeva, Şamaxı RK-nın sədri Fatmaxanım Quliyeva, Oğuz RK-nin sədri Telman Mustafayev, Kürdəmir RK-nin sədri Cəbrayıl Cəbrayılov, şəhər 1 nömrəli tam orta məktəbinin HİK-nin sədri Dilbər Yəhyayaeva, şəhər 6 nömrəli tam orta məktəbinin HİK-nin sədri Xalid Məmmədov, şəhər 3 nömrəli məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov, RTŞ-nin nümayəndəsi Şəfaqət Rəsulov, təhsil veteranı Valeh Salehov və başqaları çıxış edərək təhsil sahəsində olan problemlərdən, sosial hüquqların müdafiəsi ilə bağlı məsələlərdən, digər görüləcək işlərdən danışdılar. Seminar dəyirmi masa ətrafında sual-cavab, disput şəkilində aparıldı.
Hafiz Kərimov,
ATİAHİ İsmayıllı RK-nin sədri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!