• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Problemlər haradan qaynaqlanır

Problemlər haradan qaynaqlanır

Yazar Ismayilli
//
18 oktyabr 2016
//
//
Oxunub 201
//
RİH-nin başçısı Mirdaməd Sadıqov 2016-cı ilin oktyabr ayının 13-də Sumağallı kəndində keçirilən görüş-qəbuldan sonra Buynuz kəndinə gəldi. Buradakı toplantıda da rayonun xidmət təşkilatlarının rəhbərləri iştirak edirdi. Tədbir məktəbin dar dəhlizində baş tutdu.
Problemlər haradan qaynaqlanır
Qəbul zamanı sakinlər kənd yolunun asfaltlaşdırılması, elektrik transformatorunun daha güclüsü ilə əvəzlənməsi, kəndin torpaqlarını yuyan Göyçay çayının Buynuz kəndinə yaxın keçən hissəsinə mühafizə bəndinin qurulmasını əsas problemlər kimi diqqətə çatdırdılar.
Qəbulda gənclərin əmək məşğulluğu və keyfiyyətli təhsil alması məsələləri də söhbət mövzusu oldu.
Mirdaməd müəllim qəbul-görüşə gələnlərə ərazidəki təbiətin qorunmasını, torpaqlardan istifadədə işgüzarlığı artırmağı, gənclərə kənddə qalıb yaşamağı tövsiyə etdi.
Gənclərin ali təhsil alıb kəndə qayıtmaması acınacaqlı hal kimi qeyd olundu. Sakinlərdən heç kim biznes-layihə hazırlayıb iş qurmaq istəmir. Problemlərin bir çoxu da elə buradan qaynaqlanır.
İradlarını bildirdikdən sonra RİH-nin başçısı M.Sadıqov arzu, təklif və şikayəti olan hər kəsi dinlədi. Haqlı şikayətlərlə əlaqədar müvafiq idarə müdirlərinə konkret tapşırıqlar verildi.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!