• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Dini radikalizmlə mübarizə birlik tələb edir

Dini radikalizmlə mübarizə birlik tələb edir

Yazar Ismayilli
//
18 oktyabr 2016
//
//
Oxunub 223
//
Oktyabrın 15-də İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında İsmayıllı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı Bölgəsi üzrə Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici seminar keçirilib.
Dini radikalizmlə mübarizə birlik tələb edir
Dini radikalizmlə mübarizə birlik tələb edir
Seminarda rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Dövlət Təhlükəsizliyi Xidməti İsmayıllı Rayon Şöbəsinin rəisi Fəxrəddin Babayev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov, məktəb direktorları, məktəb direktorlarının müavinləri, psixoloqlar və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak edib.
Seminarı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.
Dövlət Təhlükəsizliyi Xidməti İsmayıllı Şöbəsinin rəisi Fəxrəddin Babayev çıxışında bu formatda maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyətini qeyd edərək bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi gənclərlə maarifçilik işi aparmaqdır.
Məruzə ətrafında DQİDK-nın Şamaxı Bölgəsi üzrə Şöbəsinin müdiri Rəhim Rəhimli zərərli, qeyri ənənəvi, radikal dini cərəyan və təriqətlərin təbliğat metodları və məqsədləri haqqında geniş məlumat verib.
Seminarın sonunda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Gülnarə Mirzəliyeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!